Bank sferasının fəaliyyəti ölkələrin məqsədlərinə, institusional strukturlarına, tarixi inkişafına, cəmiyyətin davranışlarına başlı olaraq dəişiklik göstərməkdədir.
Pul, kredit və banklar mövzuları gündəlik həyatda ictimaiyyət tərəfindən, xüsusilə də kütləvi infomasiya vasitələrində ən çox müzakirə və şərli edilən mövzu-iardandır. Əmanətlərə və kreditlərə tətbiq edilən faiz dərəcəsi, valyuta məzənnəsi, pul aqreqatlarında dəyişikliklər və s. kimi mövzular tələbələri yaxından maraqlandırmaqdadır. Çünki yuxarıda adı çəkilən göstəricilərdə baş verən dəyişikliklər hökumətin iqtisadi siyasət qərarlarına təsir göstərəcəkdir.
Pul, kredit və banklar mövzularını bilmədən tələbələr «bank işi» fənnini öyrənmək və dərindən mənimsənilməsi qeyri-mümkündür.
Metodiki vəsaitdə pul, kredit və banklara aid mövzular: pul iqtisadiyyatının tarixi inkişafı, pulun funksiyaları; pulun tədavül sürəti; pul sistemləri; pulun təşkili və tələbi; inflyasiya; pul siyasətinin məqsəd və alətləri: kreditin mahiyyəi və prinsipləri; kreditin funksiyaları: kreditin məqsədləri; Mərkəzi Bankların vəzifə və funksiyaları; kommersiya banklarının əməliyyatları ətraflı formada izah edilmişdir.
«Pul. kredit və banklar» fənni üzrə imtahan verəcək olan tələbələr və gələcəkdə bank sistemində işləmək məqsədilə imtahanlara hazırlanacaq məzunlar üçün faydalı məlumat mənbəyidir. Kitabın hazırlanmasında xarici təcrübədən istifadə olunmuş və Azərbaycanın müasir pul, kredit və bank sistemində istifadə edilən anlayışlara açıqlama verilmişdir. Kitab istər «Pul, kredit və banklar» fənninin tədrisi prosesində, istərsə də banklarda çalışma sırasında ən çox verilən suallara cavab olaraq hazırlanmışdır.
Kitabın hazırlanmasında Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ xarakterli sənədlər və təlimatlarından istifadə olunmuş və şərh edilmişdir.
Dərsliyin işıq üzü görməsində təklif və tövsiyələrinə görə kitabın elmi redaktoru Azərbaycan Dövlət İqtisad Universiteti. «Bank işi» kafedrasının professoru. i.e.d. (TR. AR. RF) Z.F.Məmmədova və kitabın rezenti dos. Z.H.İbrahimova təşəkkürlərimi bildirirəm.