KitabYurdu » Kitab » Maliyyə və Mühasibat » MÜƏSSİSƏNİN MALİYYƏ TƏHLİLİ


Şeçilmişlər MÜƏSSİSƏNİN MALİYYƏ TƏHLİLİ

MÜƏSSİSƏNİN MALİYYƏ TƏHLİLİ PDF
ADI:
MÜƏSSİSƏNİN MALİYYƏ TƏHLİLİ
REYTİNQ:
  • +6
MÜƏLLİF:
DİL:
FORMAT:
ÇAP İLİ:
2010
ÖLÇÜSÜ:
858 KB
Dərs vəsaiti beş bölmədən ibarət olııb bir-biri ilə məsələnin nəzəri qoyuluşu ilə, mühasibat hesabatı əsasında müəssisənin maliyyə vəziyyətinin qiymətləndirilməsinin məntiqi şərhi ilə bağlıdır.
Birinci bölmədə iqtisadiyyatın müasir inkişafında maliyyə təhlilinin rolu və yeri, onun iqtisadi təhlillə qarşılıqlı əlaqəsi; təhlilin məqsədi və vəzifələri; iqtisadi və maliyyə təhlilinin formalaşmasının ümumi sxemi; ayrı-ayrı blok-bölmələrin qısa xarakteristikası; müəssisənin maliyyə vəziyyətinin təhlilinin ardıcıllığı və əsas məzmununu əks etdirən blok-sxemin Rusiyanın maliyyə sistemin quruluşu və maliyyə münasibətlərinin obyektləri; ölkənin federal büdcəsinin formalaşdırılmasında istehsal müəssisəsinin rolu və onun bölüşdürülməsinin əsas istiqamətlərin maliyyə təhlilinin aparılması üçün iqtisadi informasiyalar; normativ-təlimat, plan-proqnoz, hesabat, sorğu-analitik informasiyalar; maliyyə təhlilinin metodları şərh olunmuşdur.
İkinci bölmədə müəssisənin maliyyə nəticələrinin təhlili metodikası, mənfəətin formalaşdırılmasına əsaslanan təsərrüfat mexanizmi modeli; müəssisənin vergi ödəmələri, vergilər və onların funksiyaları, vergi sistemi anlayışı, müəssisədən tutulan vergi və yığımların siyahısı; balans mənfəətinin şaquli-üfiqi təhlili; məhsul satışından əldə olunan mənfəətinamilli təhlili; xalis mənfəətin formalaşması bölüşdürülməsi; yığım və sosial sferilir fonduna yönəldilən vəsait; rentabellik göstəricilərin hesablanması və təhlili məsələləri nəzərdən keçirilir.
Üçüncü bölmədə müəssisənin kapital və onun strukturu və müəssisə əmlakının dəyər strukturunun təhlili metodik verilir ki, bunlar da, öz növbəsində, aşağıdakıların həyata keçirilməsinə imkan verir:
• müəssisənin əmlakının toplanılmasında ayrı-ayrı struktur elementlərinin rolunu qiymətləndirmək;
• maliyyə vəsaitlərinin qeyri-dövriyyə və ya dövriyyə aktivlərinə yönəldilməsi istiqamətini müəyyən etmək və həmin vəsait qoyuluşunun məqsəduyğunluğunu qiymətləndirmək;
• debitor borcların təhlilini aparmaq və onların azalması üçün tədbirlər işləyib hazırlamaq;
• əmlakin formalaşdırılması mənbələrinin dinamikasının və quruluşunun təhlilinə həsr edilməsidir.
Dördüncü bölmə və aşağıdakı məsələlərin müzakirəsi nəzərdən keçirilmişdir: təhlil informasiya bazası; məsələsinin balansı və maliyyə nəticələri haqqında hesabat; müəssisənin aktivləri və onların yaranma mənbələri arasındakı qarşılıqlı əlaqə; müəssisələrin xəndər maliyyələşmə mənbələrindən asılılığının təhlili, xüsusi və cəlb edilmiş kapitalın strukturunun, onun təsərrüfat dövriyyəsində istifadəsinin kredit borclarının təhlili, kreditor və debitor borclarının müqayisəli təhlili.
Beşinci bölmədə müəssisənin ödəmə və kredit ödəmə qabiliyyəti maliyyə sabitliyi anlayışı və onların təhlili metodikası verilmişdir. Təhlil mühasibat balansının məlumatlarına əsasən, onun likvidik və hesablaşma əmsallarına görə aparılır. Müəssisənin maliyyə göstəricilərinin seçilməsilə analitik cədvəllərin tərtib edilməsini və müəssisənin maliyyə mexanizminin, onun operitiv, investisiv fəaliyyəti üçün maliyyə resurslarının yaradılması və istifadəsi prosesini də özündə birləşdirən vəziyyətinin ümumi qiymətləndirilməsi məsələsinə xüsusi diqqət verilir.
Dərsliyin hər bir bölməsi, məlumatların məqsədəuyğunluğu və mövcudluğundan asılı olaraq təfsilatı ilə verilmiş müstəqil bölmələrdən ibarətdir. Bu zaman hər bir bölmədə öyrənilən problemin nəzəri aspekti və təhlilinə dair misallar verilmişdir. Hər bir bölmənin sonunda özünü yoxlama üçün suallar, testlər və sərbəst iş üçün tapşırıqlar, qlossari verilmişdir.
Dərs vəsaiti ali peşə təhlili üçün dövlət təhsil standartlarında nəzərdə tutulmuş «İqtisadi və maliyyə təhlili» fənni üzrə müəllifin oxuduğu mühazirələr əsasında tərtib edilmişdir və müəssisələrdə maliyyə təhlilinin əsaslarını əks etdirmək məqsədi daşıyır.