Dərslikdə zəngin faktiki materialların sistemləşdirilməsi əsasında pul, kredit banklar mövzuları çox geniş formada araşdırılmış və şərh edilmişdir. Kitabda pul siyasəti və nəzəriyyəsi, kredit, bank işi və kapital bazarı mövzularına xüsusi diqqət yetirilmişdir.
Kitabda “Pul, kredir banklar” fənni üzrə Qərb universitetlərində modern “banking and finance” fənni üzrə tədris edilən dərs proqramlarında yer alan mövzular geniş araşdırılmış və bunların Azərbaycan mühitinə uyğun nəzəri-praktiki aspektləri tədqiq edilmişdir.
Kitab orijinallığı ilə fərqlənir və dərslikdə mövzuların çox böyük bir hissəsi iqtisadi ədəbiyyatda ilk dəfə işlənmiş və araşdırılmışdır.
Dərslik ali məktəb tələbələri, doktorantlar və pedaqoji işçilər üçün nəzərdə tutulmuşdur.