Son illər psixologiya elminin sürətlə inkişaf etməkdə olan sahələrindən biri praktik psixologiyadır. Onun meydana gəlməsi istehsal, təhsil, tibb, hüquq, ailə və nikah,əməyin elmi təşkili və s. praktik fəaliyyət sahələrində psixoloji biliklərdən ekspertiza, diaqnostika və konsultasiya kimi tətbiqi ehtiyacların tələbləri ilə şərtlənmişdir. Praktik psixologiya psixoloq-mütəxəssisin fəaliyyətinin strategiya və taktikasını müəyyən edən iş prinsiplərinin və peşəkar ustanovkalarının özünəməxsus sistemidir. Onun tərkibində fərdi və qrup psixoterapiyası, ünsiyyət treninqi, ailədaxili münasibət məsələləri ilə bağlı psixoloji məsləhətlər və məktəb psixoloji xidməti diqqəti xüsusi olaraq cəlb edir.
XXI yüzillikdə Azərbaycan məktəbinin, bütövlükdə təhsil sisteminin uğurları bütün başqa şərtlərlə yanaşı, həm də məhz psixoloji biliklərin məktəb təcrübəsində nə dərəcədə səriştə ilə gerçəkləşməsindən, psixoloji xidmətin təhsil sistemindəki rolundan asılı olacaqdır.
Təhsil sistemində psixoloji xidmət pedaqoji psixologiyanın formalaşma mərhələsində olan yeni sahələrdən biridir. Artıq son dövrlərdə tətbiqi pedaqoji, sosial psixologiya və şəxsiyyət psixologiyası kimi sahələr doğru olaraq ümumi bir adla – praktik psixologiya adlandırılır. Son 10 il ərzində psixologiyanın praktik-tətbiqi sahələrində çalışan psixoloqların sayı əhəmiyyətli şəkildə artmışdır.
Müasir dövrdə inkişaf etmiş bir sıra xarici ölkələrdə stress, depressiya, nevrastaniya və s. kimi ruhi iztirablardan əzab çəkən insanlar nevopotoloq və psixoterapevtlərlə yanaşı, psixoloqlara və psixoloji xidmət mərkəzlərinə də müraciət edirlər. Elmi statistika sübut edir ki, dünyada 450 milyondan artıq insan psixi problemlərdən əziyyət çəkir ki, onların sırasında məktəb yaşlı uşaqların sayı heç də az deyildir. Psixi problemlərin bəşəriyyəti bürüdüyü indiki dövrdə atılmış körpələr və qocalar evlərində, nikah evlərində, təhsil müəssisələrində, hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində və s. insanlar psixoloji yardıma daha çox ehtiyac duyurlar. 1992-ci ildən etibarən 10 oktyabr hər il Ümumdünya psixi sağlamlıq günü kimi qeyd edilir.
Praktik psixoloqun fəaliyyəti o halda səmərəli ola bilər ki, o öz iş təcrübəsi əsasında peşəkarlıq səviyyəsini daim artırmaq qayğısına qalsın, öz həmkarları ilə müntəzəm dialoq aparsın, elmi ədəbiyyatları daim izləməklə elmi-nəzəri hazılıq səviyyəsini yüksəltmək səylərini artırsın.
Qeyd olunan bu amillərin hər biri qarşılıqlı olaraq bir – biri ilə sıx bağlıdır. Onlardan biri təmin olunmadıqda, praktik psixoloqun peşəkarlıq keyfiyyətlərindən danışmaq əbəsdir. Məsələn, şəxsi təcrübə kifayət qədər deyilsə, onda praktik psixoloqun şəxsi mövqeyi olmadığından onun həmkarları ilə dialoqu baş tuta bilməz. Praktik psixoloqun öz həmkarları ilə peşəkar dialoqu olmadıqda isə onun başqalarının təcrübəsi ilə tanışlığı, özünün və başqalarının baxışlarına tənqidi münasibəti formalaşa bilməz. Praktik psixoloq dünyanın aparıcı psixoloji cərəyanları, nəzəriyyə və təcrübəsi ilə tanış olmadan zamanın artan tələblərindən geridə qalmış olur. Bu sahədə çalışan mütəxəssislərin qarşılıqlı əlaqələrinin zəif olması həm psixoloji nəzəriyyə, həm də akademik psixologiya üçün ciddi problemlər yaradır. Psixoloji nəzəriyyə dedikdə biz ilk növbədə şəxsiyyət nəzəriyyəsini, emosiyaları, yaşantıları, sosial psixologiya nəzəriyyəsini, yəni, birbaşa praktik psixologiya ilə bağlı olan nəzəriyyələri başa düşürük.
Psixoloji nəzəriyyə sadəcə olaraq yalnız praktik, tətbiqi əsasları,
istiqamətləri müəyyən etməklə məşğul olmur. Nəzəriyyə praktikadan çıxış edir, daha sonra isə o praktikanı zənginləşdirir. Dünya psixologiya elmində də nəzəriyyə ilə təcrübənin qarşılıqlı münasibətlərinin dialektikası belədir.
Psixoloji təcrübə şəxsiyyət psixologiyası üçün vacib emprik material verir. Bir tərəfdən müştərinin praktik psixoloqla ünsiyyəti laboratoriya eksperimenti ilə müqayisədə real həyat situasiyasına daha yaxındır, digər tərəfdən belə ünsiyyət adi həyat situasiyasına nəzərən daha aydındır və kifayət qədər dəqiq nəticələr əldə etməyə imkan verir.
Psixoloji praktika şəxsiyyət psixologiyası qarşısında daha yeni və adekvat məqsədlər qoyur. Şəxsiyyət psixologiyasında öyrənmə obyekti insan, onun şüuru, yaşantıları və hissləridir.
Praktik psixologiyanın konstruktiv nəzəriyyəsi praktik psixologiya® nəzəriyyə ® praktik psixologiya tsikli üzrə inkişaf edir.
Uzun illər boyu akademik psixologiya kifayət qədər geniş və müxtəlif təşkilati formalarda inkişaf etmişdir. Respublikamızda praktik psixoloji xidmət sisteminin tətbiqinə təxminən 20 il əvvəl ilk dəfə təhsil sistemindən başlanmışdır və onun böyük perspektivləri vardır. Professor Ə.Ə.Əlizadənin qeyd etdiyi kimi, “XXI yüzillikdə Azərbaycan məktəbinin uğurları bütün başqa şərtlərlə yanaşı, həm də məhz psixoloji biliklərin məktəb təcrübəsində nə dərəcədə səriştə ilə gerçəkləşməsindən asılı olacaqdır”.
Hazırda məktəblərdə psixoloqların sayının get-gedə artması təhsil sahəsindəki problemlərin praktik həllinə müəyyən təkan versə də, hələlək məktəblərdə psixoloji xidmətin statusu aşağıdır.
Məktəb psixoloqları uşaq şəxsiyyətinin inkişafı və tərbiyəsi nəzəriyyəsini ənginləşdirə biləcək yeni faktlar əldə etmək, inkişafın qanunauyğunluqlarını şərtləndirən səbəb-nəticə əlaqələrini müəyyən etmək imkanlarına malik deyillər. Praktik psixoloq yararlı diaqnostik metod və vasitələrlə şagirdin intellektual, iradi-emosional və şəxsiyyət yönümdə inkişaf səviyyəsini müəyyən etmək metodikalarını əldə etmək imkanına malik olmalıdır.
Psixologiya nəzəri fundamental elmlərdən biridir. O, insan haqqında elmlər sistemində mərkəzi yer tutur. İ.P.Pavlov psixologiyanın insan haqqında son elm, Z.Freyd isə təbiətşünaslıqdan sonra ikinci həqiqi elm hesab edirdi. L.S.Vıqodski yazırdı ki, “gələcək cəmiyyətlərdə psixologiya insan haqqında həqiqi elm olacaqdır. Rus psixoloqu A.N.Leontyev XXI əsri psixologiya əsri adlandırmışdır. Psixoloji nəzəriyyə həm də aydın ifadəli praktik istiqaməti ilə fərqlənir: insanın daxili aləmini dərk etmək, bu biliklər əsasında şəxsiyyətin formalaşması, onun təlimi, tərbiyəsi və inkişafı prosesini planlı və mütəşəkkil şəkildə idarə etmək. Psixoloqların praktik sahədə apardıqları iş tətbiqi məzmun daşıyır, bu və ya digər fəaliyyət sahəsində qarşıya çıxan problemin rasional həllinə xidmət edir.