KitabYurdu » Kitab » Psixologiya » Dr. Riçard Karlson - Xırda şeyləri dərd etməyin


Şeçilmişlər Dr. Riçard Karlson - Xırda şeyləri dərd etməyin

ADI:
Xırda şeyləri dərd etməyin
REYTİNQ:
  • +885
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
141 kb
Bu kitabı hər gün “xırda şeyləri böyütməmə”yin nə qədər əhəmiyyətli olduğunu yadıma salan qızlarım Cezzi və Kennaya həsr edirəm. Hər ikinizi də çox sevirəm. Özünüz kimi olduğunuz üçün təşəkkür edirəm.
Mənim nəslimin ən böyük kəşfi – bir insanın davranışını dəyişdirməklə həyatını da dəyişdirə biləcəyini öyrənməsidir. Uilliyam Ceyms Pis xəbərlə və ya çətin insanla qarşılaşanda, yaxud böyük məyusluq hissi keçirəndə əksəriyyətimizin davranışını nəticəsi bizə uğur gətirməyəcək vərdişlər müəyyənləşdirir. Dərhal həddindən artıq reaksiya verərək, hadisəni böyüdürük; vəziyyəti asanlıqla boşlamır, diqqətimizi həyatın yalnız mənfi cəhətlərinə yönəldirik. Kiçik detallar əl-qolumuzu bağlayır. Hirslənib sakitliyimizi itirdiyimiz və narahat edildiyimiz vaxtlarda göstərdiyimiz yersiz reaksiyalar nəinki bizi məyus edir, hətta əslində istədiyimizi qazanmağımıza da mane olur. Buna görə də vəziyyəti tam görə bilmirik və diqqətimizi mənfi cəhətlər üstündə cəmləyib, bizə kömək etmək istəyən başqa adamları da narahat edirik. Sözün qısası, həyatımızı sanki fövqəladə vəziyyətdə olan kimi yaşayırıq. Təlaşla problemləri həll etmək üçün ora-bura qaçanda, əslində, sadəcə problemləri artırmaqla məşğul oluruq. Hər şey bizə dünyanın sonu kimi göründüyü üçün həyatımızı dalbadal gələn “faciələr”lə boğuşaraq keçiririk. Bir müddətdən sonra, həqiqətən də, hər şeyi dünyanın axırı kimi görməyə başlayırıq. Bu zaman gözümüzdən qaçan məqam problemlərimizə olan münasibətimizin bunları nə qədər tez və təsirli şəkildə həlli ilə bağlı olmasıdır. Ümidvaram ki, siz də tezliklə həyata daha sakit reaksiya vermək vərdişinə yiyələndikcə o günədək “aşılmaz” görünən problemlərin daha asan “həll olunduğunu” kəşf edəcəksiniz. Hətta stress yarada bilən “ciddi” problemlər də sizi əvvəlki kimi sarsıtmay acaqdır. Yaxşı ki, həyata başqa baxış da mövcuddur... Qatqat yumşaq və həssas olan bu variant həm həyatı daha asanlaşdırır, həm də insanı şəraitə daha tez uyğunlaşdırır. Həyatı bu tərzdə yaşamaq üçün köhnə vərdişi, yəni “reaksiya göstərmə”yi yeni alışqanlıqla, təzə nöqteyi-nəzərlə dəyişdirməkdir. Bu yeni vərdiş bizi daha zəngin və məmnunedici bir həyatla təmin edəcək. Bu kitabın ana fikrini çox yaxşı işıqlandırdığı üçün başıma gəlmiş bir hadisəni sizinlə bölüşmək istəyirəm. Bu, məni həm çox mütəəssir edən, həm də əhəmiyyətli bir dərsi vurğulayan bir əhvalatdır. Görəcəyiniz kimi, əhvalatda bəhs olunan hadisədə bir azdan oxuyacağınız kitabın toxumu əkilmişdir. Bir il bundan əvvəl xarici naşirlərdən biri “You Can Feel Good Again” (“Yenə yaxşı hiss edə bilərsiniz”) adlı kitabımın həmin ölkədəki nəşri üçün məşhur yazıçı Dr. Vayne Dyerdən təqdimat yazısı almağımı xahiş etdi. Ona Dr. Dyerin bundan əvvəlki ktabım üçün belə bir yazı yazdığını, amma bunu yenə də edib-etməyəcəyini bilmədiyimi dedim. Amma bir dəfə də cəhd edəcəkdim. Nəşr aləmində həmişə olduğu kimi, ona xahiş məktubu yazdım, amma xəbər ala bilmədim. Bir müddət keçəndən sonra Dr. Dyerin çox məşğul olduğu, ya da təqdimat üçün yazı yazmaq istəmədiyi qənaətinə gəldim. Bu qərarına hörmətlə yanaşdım və naşirimə kitabın reklamında onun adından istifadə etməyəcəyimizi bildirdim. Mənim fikrimcə, məsələ bağlanmışdı.