KitabYurdu » Kitab » Psixologiya » İmran Verdiyev : "Seçilmiş məqalələr"


Şeçilmişlər İmran Verdiyev : "Seçilmiş məqalələr"

İmran Verdiyev : "Seçilmiş məqalələr" PDF
ADI:
İmran Verdiyev : "Seçilmiş məqalələr"
REYTİNQ:
  • +21
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2022
ÖLÇÜSÜ:
1.53 mb

Bu kitabda Azərbaycan Respublikasının Əməkdar müəllimi İmran Verdiyevin son 30 ildə mətbuatda cap olunmuş məqalələrinin az bir hissəsi toplanmışdır.


1918-ci ilin 28 Mayında əsarət üfunətində boğulan xalqımızın qaranlıq göylərində istiqlal ulduzu parladı. 28 May könüllərdə yanan bir məşələ dönüb gətirdiyi hüriyyət şəfəqlərini adamların ömrünə, gününə səpdi. Xalqın başı üzərində üç rəngli, aylı, ulduzlu istiqlal atəşi yandı. Azərbaycan xalqı üç rəngli bu bayrağı sevdi, şanına şeirlər və nəğmələr qoşdu, onu bağrına basıb işığına toplaşdı. Əsarət zənciri qırılmışdı! Xalq azad,Vətən azad olmuşdu. Bu bayraqdan adamların üzünə təbəssüm qonur, qəlblərinə sevinc axırdı. Çöllər, çəmənlər, güllər, çiçəklər bu bayrağın nuru ilə boy atır, böyüyürdülər. İnsanlar azad Azərbaycanda xoşbəxt ömür-gün sürürdülər. Onlar kiminsə əsiri deyildilər, özgə bir ölkənun yumruğu altında inləmirdilər. Rusun, ingilisin, erməninin ağalığına son qoyulmuşdu. Xalq öz müqəddəratının, malının, dövlətinin, yeraltı və yerüstü sərvətlərinin sahibi olmuşdu. Ölkə demokratik prinsiplər əsasında idarə olunur, insanların hüquq və azadlıqlarına hörmətlə yanaşılır, onların siyasi və vətəndaşlıq hüquqları təmin edilirdi. Cümhuriyyətdə yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradılmışdı. Dünya ölkələri ilə dostluq münasibətləri yaranırdı. Azərbaycan Xaiq Cümhuriyyətini dünyanın 23 böyük dövləti rəsmən tanımışdı. Ölkəmizin sərhədlərinin bütövlüyünü və dövlətçiliyi qorumaq üçün milli ordu quruculuğuna başlanmışdı.Azərbaycan dili dövlət dili elan olunmuşdu. Mədəniyyət, incəsənət və təhsil inkişaf edirdi. Azad qəzet və jurnallar Azərbaycan istiqlalından bəhs edir,onun qəhrəmanlıqla dolu tarixini və işıqlı keçmişini təbliğ edirdi.