Şəhzadə və dilənçi əsərində 2 oxşar adamın başına gələn əhvalatdan söhbət açılır burada balaca oğlan çox kasıb olur və onu hamı döyür ailəsi belə ailəsi indiden onu işləməya gönderir Tom doğulan gün kralliqdada böyük sevinc olur bu sevinc yeni şəhzadənin dogulması ilə bağlıdır təsadüfə baxki onlar andan olanda əkiz kimi olurlar ve birgun qarşılaşanda bunun fərqinə varırlar və belelikle qerara gelirler ki 1 gun Tom çəhzadə kimi şəhzadədə Tom kimi davransın alın oxuyun və baxın görün daha sonra onların başına nələr gələcək.
“Dünya uşaq ədəbiyyatından seçmələr” silsiləsindən olan bu kitaba milli Amerika ədəbiyyatının yaranması, inkişafı və təşəkkülündə əvəzsiz rol oynamış Mark Tvenin “Şahzadə və dilənçi” əsəri və görkəmli ingilis yazıçısı Oskar Uayldın nağılları daxil edilmişdir.
“Şahzadə və dilənçi” povestində balaca, özündən bədgüman və əsl həyatın nədən ibarət olduğundan xəbəri olmayan bir şahzadənin başına gələn macəralardan bəhs edilir.
Uayld nağılları isə özünəməxsus üslubu ilə oxucusunu vəcdə gətirir, oxuduqlarının gerçək olmadığını bilə-bilə onu gözəl sözün sehriylə bu uydurma tarixçələrə inandırır.