Quliyev Məmməd Abbas oğlu
05 avqust 1959-cu ildə Ordubad şəhərində anadan olmuşdur. Rusiya Federasiyasının nüfuzlu təhsil müəssisəsi olan Uzaq Şərq Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur. Evlidir, 3 övladı , 3 nəvəsi var. Təqaüddə olan ədliyyə müşaviridir. Məmməd Quliyev uzun müddət Primorsk diyar Daxili İşlər İdarəsində və Prokurorluğunda, Azərbaycan Respublikasının Prokurorluq və vergi orqanlarında fəaliyyət göstərmişdir. Bu dövr ərzində həm də pedaqoji fəaliyyətlə məşğul olmuş və ixtisasına uyğun olaraq bir neçə fənn tədris etmişdir. Hazırda fəaliyyətini «Məqam-M» hüquq firmasının rəhbəri kimi davam etdirir...