KitabYurdu » Kitab » Roman » Vidadi Babanlı - Bulanıq dünya


Şeçilmişlər Vidadi Babanlı - Bulanıq dünya

Vidadi Babanlı - Bulanıq dünya PDF
ADI:
Bulanıq dünya
REYTİNQ:
  • +51
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2011
ÖLÇÜSÜ:
5.1 MB
Görkəmli yazıçı Vidadi Babanlının  "Şərq-Qərb" Nəşriyyat Evində nəfis şəkildə çap edilən "Bulanlıq dünya" romanında müasiri və şahidi olduğumuz bir çox əxlaqi-mənəvi dəyişikliklərin, çalpaşıq həyat tərzinin təzadları öz əksini tapıb. Əsər vətəndaş diqqətini bütövlükdə  get-gedə cəmiyyətə daha ağrılı şəkildə sirayət edən problemlərin səbəbinə yönəldir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Başdan papaq qaçıran sərt küləkli bir payız günündə Əfsun Zamanlı şəhərin mərkəzi kitabxanasına yollandı. Nadir nüsxə olan, baş qa kitabxanalarda tapılmayan çox köhnə bir dərslik sorağına düşmüşdü. Ona buranı salıx vermişdilər. Əfsun İqtisad İnstitutunda təhsil alırdı. “Maliyyə-kredit” fakül tə sinin üçüncü kurs tələbəsi idi. Əla qiymətlərlə oxuyurdu. Bütün müəllim he yətinin rəğbətini qazanmışdı. Yalnız birindən savayı. Bu, əsas fənn müəllimi qocaman, adlı-sanlı professordu. Öz həmkarlarından son dərəcə tələbkarlığı və güzəştsizliyi ilə seçilirdi. Düzgünlükdə ad çıxartmışdı. Xahişə, minnətə baxmırdı. Heç institut rəhbərliyini də eşitmirdi. Digəl ki, çalışqan, elmə həvəsli tələbələr gözünün işığıydı. Onları haqsızlıqdan, müəllim qərəzlərindən doğma balası kimi qoru yurdu. Hətta lazım gəlsə, maddi köməklik də göstərirdi. Bu xasiyyətlərinə, tündməzaclığına görə, professor Cəmil İmanlını həm karları arasında sevməyənlər, bada laq gəlməyə hazırlar az deyildi. Professor Cəmil İmanlının tələbə Əfsunla öcəşməsi, onu bəyən məməsi isə bambaşqa cəhətdən qaynaqlanırdı. Digər müəllimlərdən fərqli olaraq, bu tələbənin iç üzünü aydın görürdü. Sözünü onun üzünə açıq deyirdi: “Sən lovğasan, özündən çox razısan. Sırtıqlıqla, özünü gözə soxmaqla hər işini nizamlayırsan. Elmə həvəs, biliyə maraq sənin içindən gəlmir, yüksək qiymətləri əzbərçiliklə, zəhlə tökməklə alırsan. Uzun çəkməyəcək, elm səni usandıracaq. Tamam ayrı bir yolun yolçusu olacaqsan”.