KitabYurdu » Kitab » Roman » Aqil Abbas - Dolu


Şeçilmişlər Aqil Abbas - Dolu

Aqil Abbas - Dolu PDF
ADI:
Dolu
REYTİNQ:
  • +81
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
1.12 MB

... Gecə yarıdan bir az keçmişdi. Çox bürküydü və belə bir bürküyə adət eləməmiş şəhər bərk tıncıxırdı. Bir yarpaq belə qımıldamırdı. Azacıq meh yarada bilən çinarlar da çırpınıb-çırpınıb süst düşmüşdülər. Qəflətən bu buludsuz, bu aydın, bürküdən ulduzları da yorulub day sayrışmayan göylər necə şaqqıldadı və şəhəri Dolu necə vurdusa, şəhər dik atıldı... Və dik atılan şəhər özünü atdı bayıra...

... Dolu yağanda bu şəhərdə zurna-qavallı bir toy-bayram olardı, təbii ki, zurna-qavalı da dolunun özü gətirərdi. Baxmayaraq ki, dolu bağ-bağata da, avtomobillərə də, pəncərə şüşələrinə də, kasıb evlərinin kasıb damlarına da, çölü-biyabanda yaxaladığı adamlara da çox böyük zərər vururdu - dəxli yox idi, camaat uşaq kimi sevinərdi. Bu dolu çəkərdi beş dəqiqə, on dəqiqə, amma bu beş-on dəqiqənin dadı-ləzzəti damaqlardan uzun müddət getməzdi.

Elə ki dolu başladı, camaat həsrətlə gözlədiyi dolunun gətirdiyi zurna-qavalın səsini eşitdi, sevinclə tökülərdi bayıra. Və çölə tökülən bu camaat dolunun tutmadığı bir yanda daldalanır, dolunun gətirdiyi qeyri-adi, soyulmuş baldırğan qoxusuna bənzər bir qoxunu ləzzətlə ciyərlərinə çəkib xoşallanar, əllərini dolunun altına tutub göylərə - buludların arasından süzülən Tanrı işığına tamaşa eləyə-eləyə bu dolunun damları, torpağı, ağacları, pəncərələri döyəcləməsindən yaranan Tanrıdan başqa heç bir bəstəkarın bəstələyə bilmədiyi qeyri-adi bir musiqiyə qulaq kəsilirdilər....