KitabYurdu » Kitab » Roman » Cəfərov Abduləli - Xəyallarımın Arzusu


Şeçilmişlər Cəfərov Abduləli - Xəyallarımın Arzusu

Cəfərov Abduləli - Xəyallarımın Arzusu PDF
ADI:
Xəyallarımın Arzusu
REYTİNQ:
  • +50
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
26.08.2017
ÖLÇÜSÜ:
708 kb
Bu qədər zaman sonra qarşına yalnızca bir dəfə çıxmışam. Oda təsadüfən oldu. Heç gözləmədiyim anda qarşıma çıxmağın gözlərinlə gözlərimin toqquşması bu qədər zaman sonra heç yaxşı gəlmədi mənə. Yenicə ayaq açıb yeriyən bir körpənin ayaqlarından tutub yerə çəkib yıxmaq kimi, yerdən yerlərə vurub əzmək kimi bu yazıq ürəyim bilmədi neyləsin. Əllərim əsdirdi o an. Özümü güclə saxlayırdımki yıxılmayım. Yanından yad kimi keçib getdim. Ən çoxda bu şəhəri onun üçün sevmirəm. Qorxuram səninlə hansısa bir küçədə hansısa bir yolda qarşılaşmaqdan. Yaşayır bədənim ruhum cismən amma sənin gedişin məni yarımçıq qoymağın öldürdü. Nə qədər ölsəkdə bu həyatda gerçək bir şey varki insan yalnızca bircə dəfə ölür. Və o bircə dəfə ölməyimiz sayılır. İstər öz əcəlimizdən istər xəstəlikdən hər hansısa bir qəzadan həyatdan köçüb gedirik. Bəs bizi hər gün öldürən insanlar necə? Onlara əsəbləşmək olmur onları günahlandırmaq olmur.İstər onlar gəlsin istər biz onların ömrünə nələr olursa artıq sonda olanlardan özümüz əzab çəkirik.Hər şeyin dəb halına gəldiyi bir zamanda artıq ayrılıqlarda dəbə minib. Heç kəs sanki qorxmur itirməkdən ayrı düşməkdən. Mən olmadım əslində bu ayrılıqlardan qorxan. Sən oldun sən qorxdun sənin mənim birgə yaratdığımız bir əsəsrin sonunu yazmağı mən bacardım. Kaş getməsəydin deyirəm ömür boyu cahil qalardım. Adımı belə bəlkə heç xatırlamadığın mənim haqqımda zərrə düşünmədiyin bir anda çıxmışdım qarşına bəlkədə. Özünü xoşbəxt hiss etdiyin həyatının ən gözəl çağında idin çünki artıq hara gedəcəyini hər dəqiqiə səni sıxan səni incidən biri yox idi həyatında. Adını qısqanclıq qoyub sonra inamsızlıqla səni hər dəqiqə sevgindən şübhə edən biri yox idi artıq. O zaman məndən çox səni sevən biri yoxdu ola bilməz deyə düşənərkən indi düşünürəmki səni məndən çox incidən olmayıb, həyata küsdürən ağladan. Mən sənin, sənin dünyanın, sevginin qatiliyəm. Və hər gün səndən bir gün aralı, ayrı sənsiz keçirtməklə ödəyirəm sənsizliyimi. Bilmirəm nə qədər xoşbəxtsən indi amma inan tək istəyim budurki elə xoşbəxt olasan ömrünün sonuna qədər və bunu bilsəydim əgər sənin həyatına bir yük bir zərbə olacağımı bilseydim heç zaman ürəyimi açmazdım. Səni sonralar tanısaydım səninlə heçnə yaşamasaydım yenə sevərdim səni necəki indiyənə qədər sənin adını ürəyimə adınla möhür vurub getməyin kimi ordan pozmağa cəht etməmişəm. Kənardan sevərdim uzaqlardan sevərdim buna razı olardım bilərdim ki amma xoşbəxtsən. Birgə arzu edib qurduğumuz xəyallar vardı onlardan belə vaz keçərdim sən onları yaşa onada razı idim. İndiki ağlımla düşünürəm bunları o zamanki ağlım buna icazə verməzdi çünki səni üzdüyümü yox sevdiyimi düşünürdüm.Nə yalan deyim sən olma başqası olsun deyə düşündüyüm zamanlarda olub. Başqası olmadı həyatımda başqaları oldu gəldilər və hər gələn qadında səni axtardım mən. Sən olmazsan olmazmış sən örgətmişdin mənə sevməyi sevgini sən olmasan necə ola bilərdi axı.
Vaqif
Vaqif
  • 0
Kitab olduqca savadsız dildə yazılıb, çox peşmanam bu kitaba sərf etdiyim vaxta görə.
Cümlələrdə nə nöqtə var, nə vergül var. Bilmirsən cümlə sonunda nə başa düşəsen. Hər yoldan keçən kitab 
yazanda belə olur. 
  • 28 noyabr 2020 16:54
  • Status: