KitabYurdu » Kitab » Roman » Rövşən Yerfi - Müqəssir


Şeçilmişlər Rövşən Yerfi - Müqəssir

Rövşən Yerfi - Müqəssir PDF
ADI:
Müqəssir
REYTİNQ:
  • +115
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2017
ÖLÇÜSÜ:
560 Kb
Bu roman cəmiyyətimizin ictimai bəlasına çevrilmiş, ailə faciələrinə səbəb olan həyat hekayətidir. Həm mövzusuna, həm də yazı tərzinə görə əsərin çağdaş ədəbiyyatımızda mühüm bir hadisə olduğuna inanırıq.
Gözünə yarımqaranlıq böyük, ləpələnən göl görünürdü.
Səhərin ala-qaranlığı idi, yoxsa axşam toranlığıydı, ayırd edə bilmirdi. Ləpələrin içində hərəkətsiz, üzü üstə uzanan
bir nəfər görürdü, sanki üzürdü. Deyəsən qadın idi. Əynindəki paltarından Əfiqəyə oxşayırdı.
Həyəcandan ürəyi döyündü: ola bilməz, Əfiqə nə vaxtdan üzməyi öyrənib? Özü də paltarla, soyunmadan... Yox, o, Əfiqə deyil, hər kimdisə başqasıdır...
Gücü gəldikcə onu çağırmaq, qışqırmaq istədi. Necə var aydınlaşdırmalı idi. Bu an qolundan tutub silkələdilər:
– Cahid, mənə cavab ver, sonra yenə yatarsan. Gözlərini çətinliklə açdı, başının üstündə dayanıb ona baxan nəzarətçi Elnuru gördü:
– Yaxşı ayıltdım səni, boğulurdun. Yəqin ki, pis yuxu görürdün...
– Hə, ona oxşar bir şey idi, – Cahid bir anlıq özünə gəlib nəfəsini dərdi.
– Sənin “kubrik” yoldaşın bilmirsən hardadır? Yeri boşdur.
– Bilmirəm. Güman ki, aşağı mərtəbədəki yerlilərinin yanına gedib. Səhər onlardan birinin “srok”u bitib, çarpayısı boşalmışdı.
Aysunay_1531
Çox sağolun təşəkkürlər relaxed
  • 19 may 2018 15:02
  • Status: İstidafəçi xətdə deyil