KitabYurdu » Kitab » Roman » Elmar Şahbazov - Otaq Yoldaşım Pinti


Şeçilmişlər Elmar Şahbazov - Otaq Yoldaşım Pinti

Elmar Şahbazov - Otaq Yoldaşım Pinti PDF
ADI:
Otaq Yoldaşım Pinti
REYTİNQ:
  • +63
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2016
ÖLÇÜSÜ:
518 Kb
Kənd mühitində böyümüş Kənan Bakı şəhərindəki universitetlərin birinə qəbul olur. Elə birinci kursda ikən Arzu adlı qrup yoldaşından xoşlanmağa başlayır. Arzuya sevgisini açmaq istəyən Kənan qrup yoldaşları ilə birgə film izləmək üçün sinemaya gedir. Orda gördüyü mənzərə ilə qıza olan hisslərini gizli saxlamağa məcbur qalır. Bu mənzərə ilə onun qəlbində Arzuya qarşı olan sevgisinin yerini nifrət hissi alır. Kənan qarşılaşdığı hadisəni unutmaq üçün düşünülməmiş addımlar atır... dəyişik yollara girir. İkinci semestr zamanı danışıq klubunda Günay adlı bir qızla tanış olur. Onunla sevgi münasibətləri yaşayaraq Arzunu unutmağa çalışan Kənan qısa müddət də olsa xoşbəxt olmağı bacarır. Və nəhayət, yaşadıqlarından sarsılmış qəhrəman məhv olmuş sandığı arzularına yetə bilir...
Salam, dostum, necəsən? Yaxşı olmağını arzulayıram. Artıq bir neçə saniyədir ki, əlində tutduğun bu kitabın əsas mövzusuna keçməzdən öncə sənə bəzi şeylər demək istəyirəm, bu dediklərim yalnız sənin və mənim aramda qalacaq. Başqa kimsə bilməyəcək. Elə sanma ki, zarafat eləyirəm. Zarafat elədiyimi unut. Çünki zarafat eləmirəm. Bilirsənmi, niyə belə yazıram? Deyim niyə, sən də bil. Mən kitab yazıram, bunu bir çoxları oxuyur, bu doğrudur. Amma indi əsas olan sənin oxumağındır, sənin oxumağının fərqi olacaq. Bəs fərqi nə olacaq? Bax, dostum, fərqi o olacaq ki, bu kitabı SƏN oxuyursan. Burada əsas məsələ budur. Sənin oxumağındır. Bunları çoxları oxuya bilər, amma hər kəs sənin kimi anlaya bilməz, yəni sənin anladığını anlaya bilməz. Hər kəs eyni deyil həyatda, anlayışlar da eyni ola bilməz. Belə ki, sən hər kəsin anladığından fərqli anlayacaqsan. Bunu da deməliyəm ki, sən fərqlisən. Dünyada heç kəs eyni olmur, hətta əkizlər belə. Bu əsasdan da, həqiqətən, sən fərqlisən. Bunu qəbul etməyini istəyirəm. Hə, dostum, sən fərqlisən. Gördüyün obyektlər var ha, ətrafında olan hər şey, bax, nə görürsən? Nə var yanında? Əlində tutduğun kitab, olduğun yer, gördüyün bu dünya, bu kainat sənin üçün var, sənin üçün yaranıb.