KitabYurdu » Kitab » Roman » Əclafın ölümü


Şeçilmişlər Əclafın ölümü

Əclafın ölümü PDF
ADI:
Əclafın ölümü
REYTİNQ:
  • +5636
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2019
ÖLÇÜSÜ:
3.2 mb

Hüquq müdafiəçisi, keçmiş siyasi məhbus İntiqam Əliyevin daha bir romanı (ilkin variant) oxucuların ixtiyarına verilib. “Əclafın ölümü” əsəri avtoritar idarəçilik şəraitində cəmiyyətdə baş verən deqradasiya, ikiləşmə prosesləri barədədir. Opponentlərini sıradan çıxarmaq üçün ixtiyar sahiblərinin hər vasitəni məqbul saydığı ölkədə sistem daim əclaf istehsalı ilə məşğuldur; bu dəyirmana hər kəs düşə və oradan salamat çıxmaya bilər. Hər şeyin alınıb-satıldığı, dəyərlərin baş-ayaq olduğu, birtərəfli yazılmış sərt oyun qaydalarının olduğu mühitdə hər kəs potensial qurbandır. Təsadüfi deyil ki, kitabın əsas sloqanı kimi onun “əclaflar barədə deyil, onları yetirən sistem barədə olduğu” vurğulanır.


Əsə­rin əsas qəh­rə­ma­nı hakimiyyətin basqılarına məruz qalan medianın, jurnalistlərin, ictimai-siyasi fəalların işlərini çıxan az sayda mübariz vəkillərdən biridir. Ölkəni idarə edənlərin ünvanına tez-tez sərt tənqidlər səsləndirir. Çoxsaylı xəbərdarlıq, real təhdidlər və məruz qaldığı sui-qəsd də onu yolundan döndərə bilmir. İdarəçilər üçün ciddi başağrısına çevrilən vəkilin həbsi məsələsi ən yüksək səviyyədə gündəmə gətirilir və o, saxta ittihamlarla zindana atılır. Təkcə öz ölkəsində deyil, kənarda da müdafiəsi üçün kampaniyalar təşkil olunur, adı dünyada tanınmış dustaqlarla yanaşı çəkilir, ən nüfuzlu ödüllərə layiq görülür, öz ölkəsindən çox-çox uzaqlarda da mübarizə simvollarından birinə çevrilir. Beş illik həbs həyatından sonra, nəhayət, azadlığa buraxılır və daha böyük enerji ilə mübarizəyə atılır. Bu dəfə tam fərqli cəbhədə - vaxtilə çiyin-çiyinə dayandığı, onun müdafiəsinə qalxan, çətin anlarında yanında olan kəsimə, keçmiş əqidə yoldaşlarına qarşı...


Əsər tanınmış vəkil, 2015-ci ildə ağır xəstəlikdən vaxtsız dünyasını dəyişmiş Elton Quliyevin xatirəsinə ithaf olunub. Müəllifin “Meydan” adlı ilk romanı 2018-ci ildə nəşr edilib. Kitabın elektron variantını bu linkdən əldə etmək olar: https://www.kitabyurdu.org/kitab/roman/2127-intiqam-eliyev-meydan-romani.html 

Mina Sehet
Ikinci kitabdirki,deyerli huquqsunasimizin bedii qelemi sozun asl menasinda heyretlendirir. Kitabi teze oxumaga baslayanda evvel ele bildim ki, muellif yanlisliga yol verib ve eyni adami muxtelif adlarla (Sari ile Qara) teqdim edib, fesillerin yeri sehv dusub, bir sozle qarma-qarisiq geldi mene, bir ara hetta meyus olub basini buraxmaq istedim. Yaxsi ki, etmemisem bunu, yoxsa boyuk bir zovqu yasamaq sansindan mehrum olardim. Sen deme, butun bunlar meqsedli edilirmis, oxucunu qarsida oxuya dad heyacan qatacaq surprizler, gozlenilmez acilimlar gozleyir. Cox tesirlidi, ibretamizdi ve dili gozeldi. Bir sozle her kese oxumagi meslehet gorurem. 
  • 5 iyul 2019 20:46
  • Status:
Rauf abdullayev
  1.  artiq mən bu müəllifin ikinci kitabini oxuyuram . Bu kitabida oxumağımın sebebide birinci kitabdı (meydan) o qəder gözel yazmişdiki mənde çox tesir oyatdi tanimadiğım yaziçı müəllif və sonu gözel nətice artiq ikinci kitabi oxumağa mənde maraq oyatdi cox gözel kitab iz qoyan kitabdi. Evveli bəlkede oxuyankar üçün maraqsiz gelə biler ama oxuduqca yavaş yavaş anladiqca çox maraqlı gelir bu kitabin özelliyide ülə bundadi. Hetda bu müəlifin kitablarina kinoda çəkmək olar. İNTİQAM ELİ təşəkkürlər
  • 24 yanvar 2020 02:24
  • Status: