KitabYurdu » Kitab » Roman » Elxan Elatlı - Cəhənnəmdən Gələn Səs


Şeçilmişlər Elxan Elatlı - Cəhənnəmdən Gələn Səs

ADI:
Cəhənnəmdən Gələn Səs
REYTİNQ:
  • +311
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
504 kb
Gecə saat 12-də telefon zəng çaldı...
Amma, bu hələ o zəng deyildi. Yəni, cəhənnəmdən gələn və həmin soyuq fevral gecəsində jurnalist Yunis Muradovu dəhşətə gətirib rahatlığını əlindən alan zəng deyildi.
Divandan qalxıb dəstəyi götürdü. Xətdə arvadı idi.
  • - Yunis, neyləyirsən? - deyə soruşdu.
Yunis əvvəlcə televizorun üstünə qoyulmuş iri saata, sonra isə divanda oturub gözlərini ona zilləmiş yarıçılpaq qadına baxdı.
  • - Yatmağa hazırlaşıram.
  • - Özünü necə hiss edirsən?
-Yaxşıyam.
Toyda qədərindən artıq araq içmişdi. Yəqin, arvadı halını ona görə soruşurdu.
  • - Səhər işə gedəndə qazı, işıqları söndürmək yadından çıxmasın. Biz günortaya yaxın gələcəyik.
-Yaxşı... Arxayın ol! - Özü də hiss etdi ki, arvadı ilə həmişəkindən mehriban danışır.
  • - Gecən xeyrə qalsın! — arvadının da səsində mehribanlıq duyulurdu.
-Sənin də!
Dəstəyi aparatın üstünə qoydu.
  • - Arvadın idi? - divanda əyləşmiş qadın bir qədər narahatlıqla soruşdu.
-Hə.
-Nə deyirdi?
-Heç nə! Vəziyyətimlə maraqlanırdı.
Pultu əlinə alıb televizorun səsini qaldırdı. Xocalı soyqırımının on yeddinci ildönümü ilə əlaqədar veriliş gedirdi. Tanımadığı bir kişi danışırdı:
-Əlimizdəki sənədlərə görə 1992-ci il, fevralın 26-da Xocalıda 613 nəfər öldürülmüşdür. Səkkiz ailə tamamilə məhv edilib. 1275 nəfər ermənilər tərəfindən əsir götürülüb. Yüz əlli nəfərin taleyindən isə, ümumiyyətlə, bu günə qədər heç bir məlumatımız yoxdur... Üç gündən sonra bu dəhşətli faciənin 17 illiyini qeyd edəcəyik. Ən acınacaqlı hal isə budur ki. dünya birliyi hələ də bu genosid faktını tanımayıb...
Pultun düyməsini basıb kanalı dəyişdi. Bu kanalda konsert verilirdi. Yenə geri qayıtdı. İndi başqa adam danışırdı:
  • - Mən o rəqəmlərə inana bilmərəm. Yeddi minlik Xocalı əhalisinin yalnız bir qismi həmin gecə qaçıb canını ölümdən qurtarmışdı. Bəs yerdə qalanlar haradadırlar? Bunu hamı yaxşı bilir ki, Xocalıda bütün dünyada analoqu olmayan bir vəhşiliklə qırğın törədilib, öldürülənlərin meyitlərindən də intiqam alıblar bu qansızlar!..
  • - Konsertə qaytar! - qadın nazla dilləndi. — Belə şeylərə qulaq asanda adam özünü pis hiss edir.
Həmin kanalda gənc, yenicə tanınmağa başlayan müğənni qız ritmik bir mahnı oxuyurdu.
  • - Bilirsən bunu kim saxlayır? - qadın kinayə ilə dedi.
-Kim?
  • - İndicə toydan gəldiyimiz şadlıq evinin sahibi.
  • - Yox əşi!? - Yunis, guya ki, təəccübləndi.
  • - Hə!'Dəqiq bilirəm. Səhnəyə çıxdığı bir ay deyil, bunun üçün maşın da alıb, cv də.
  • - Dünən bundan müsahibə götürmüşdüm. — Yunis stolun üstündəki qeyd dəftərçəsinə işarə etdi. - Əslində, sabaha çapa hazırlama-lıydım.
-Onun nəyindən yazırsan?
  • - Eşitdik ki, nişanlısı ilə arası dəyib...
  • - Qadam onun nişanlısının ağzına! - divana sərilmiş qadın ikrahla dodağını büzdü. - Yatmayaq? Gecə keçir.
AGENT
AGENT
  • 18
Yuklemek olmur
  • 1 may 2020 05:12
  • Status: İstidafəçi xətdə deyil