KitabYurdu » Kitab » Roman » Ölümdən Sonrakı Şizofreniya


Şeçilmişlər Ölümdən Sonrakı Şizofreniya

Ölümdən Sonrakı Şizofreniya PDF
ADI:
Ölümdən sonrakı şizofreniya
REYTİNQ:
  • +179
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2019
ÖLÇÜSÜ:
713 kb
Həyat mərhələlərdən ibarətdir. Tam “hər şey bitdi” dediyiniz an, unutmayın ki, bitən sadəcə o mərhələlərdən biridir. Önünüzdə isə yeni bir başlanğıc var. Bəs bu mərhələlər nə vaxt bitir? Mən ölümdən sonra bitər, deyə düşünmüşdüm. Ölümdən sonra belə, yeni bir mərhələ başlandı. Ölümdən sonrakı şizofreniya... Bu mərhələ isə məni əlimə qələm alıb, yazıçı olmağa vadar etdi. Bax, görürsünüz, hətta şizofreniya belə bir başlanğıc imiş. Eynilə, alman yazıçısı Herman Hessenin də dediyi kimi: «Sözün əsl mənasında, dəlilik hər cür müdrikliyin başlanğıcı olduğu kimi, şizofreniya da hər bir sənətin, hər bir fantaziyanın başlanğıcıdır». Və son olaraq, bu kitabı oxumağa başlamazdan əvvəl, unutmayın ki, ölümün saatı yoxdur. Sudan ucuz səbəblərə görə, küsülü qalmayın sevdiklərinizdən. Həyat bəzən iki dəqiqəlik üzr istəyəcək vaxtı belə çox görər insana...
BİR SEVGİ ROMANI
Mirəsgər Muradlının “Ölümdən sonrakı şizofreniya» romanı ədəbiyyata – söz dünyasına ilkin addımlarını atan bir gəncin sənətdə ilk sözüdür. Mən bu əsəri ilk növbədə, ona görə qiymətləndirirəm ki, burada nə qədər təcrübəsizlik gözə dəysə də, təsvir olunan hadisələrin yalan olmadığına, bir gəncin başına gələn uğursuzluqların, bədbəxtliklərin reallığına inandım. Mən Mirəsgərin bu əsərində insan və tale paralelini izlədim. Qaçılmaz taleyi ilə üzləşən o gənc – Raul həyatda xoşbəxt olmaq istəyir. Lakin xoşbəxtlik, Raulun gələcək haqqında xoş xəyalları həyatın amansız dalğaları içərisində qərq olur, sevdiyi qızın və dostunun xəyanəti ona tuşlanan ən ağır zərbəyə çevrilir, sonra isə sevdiyi başqa bir qız ağır xəstəlikdən sonra ona dərd gətirir. Və Raulun özü də bütün bu bədbəxtliklərdən sonra psixoloji sarsıntılar içərisində yaşayır. Mən romanın məzmununu nəql etmək fikrində deyiləm. Əgər nəql etsəm, elə indicə xatırlatdığım bir neçə cümlə kifayət edər. Ancaq romanı məzmununa, baş verən hadisələrin yığcam təfsilatına görə deyil, orada təsvir olunan obrazların keçirdiyi psixoloji vəziyyətlərə, həyatının gedişinə mane olan səbəblərin nədən yarandığına görə təhlil etmək lazımdır.
Romanın qəhrəmanının, yəni bütün hadisələrin əsas iştirakçısı olan Raul adlı bir gəncin taleyini izləsək, əvvəlcə onun xoşbəxt günlərinin, sonra isə acınacaqlı taleyinin şahidi olarıq. Doğrudan da, romanın yarıdan çox hissəsini oxuyandan sonra az qala da- 6 rıxmağa başladım, bir gəncin sevgi əhvalatını bütün təfərrüatı ilə nəql etməyə dəyərmi? Və səhifələri çevirə-çevirə düşünürdüm ki, roman xoşbəxt bir finalla başa çatacaq, yəni Raul və Nərgiz bütün gözləmələrə rəğmən evlənəcəklər. Axı, romanda hadisələrin ziddiyyətini, obrazların qarşıdurmasını müəyyən edən konflikt olmalıdır. Amma darıxmağa dəyməzmiş, bundan sonra Raulun həyatı böhran, tənəzzül mərhələsinə daxil olur. Konfliktlər başlanır. Raul orta məktəbin yuxarı sinfində oxuyur və illər boyu uşaq qəlbində müqəddəs bir hiss kimi qoruyub saxladığı sevgini Nərgiz adlı qıza bəyan edir. Bu heç də təəccüblü deyil. Əsl sevgi elə məktəb illərindən başlanır. Əksəriyyəti də baş tutmur. Amma Raul-Nərgiz münasibətləri hər ikisinin ürəyincədir. Yeganə maneə Nərgizin anası Aynişan müəllimə ola bilərdi. Çünki Nərgiz onun bircə övladıdır və qızıyla bağlı bütün məsuliyyət onun üzərindədir. Amma Nərgizin intihara cəhd etməsi ananı yumşaldır və hadisələr iki gəncin qarşılıqlı münasibətlərinin bütün maneələri aradan qaldırdığı nöqtəyə gəlib çatır. Buracan Raulun xarakteri, həyata, insanlara özünəməxsus münasibəti ilə tanış oluruq.
Qonaq nura
Qonaq nura
  • 26
Mən həyatımda ilk dəfədi ki bu cür mükəmməl bir kitab oxudum.Həqiqətən çox xoşuma gəldi.Müəllifi təbrik edirəm??????​​​​
  • 27 aprel 2020 16:03
  • Status:
Qonaq Azad
Qonaq Azad
  • 15
Bir sozle mohtesem!
  • 10 may 2020 04:32
  • Status:
Aytac Əlizadə
Hər kəsin oxumalı olduğu mükəmməl bir roman.Hər cümləsində bir məna  bir anlam var
  • 13 may 2020 12:08
  • Status:
Sevda Kərimli
Müəllifə halal olsun.Bu kitabla qarşılaşdığıma çox şad oldum.Kaş ki belə yazarlarımız çox olsa ?? super romandı
  • 15 may 2020 12:04
  • Status:
Nazpəri Məmmədova
Kitab həqiqətən həyatda yaşanılmış hadısələrdən götürülmüş kimidir. Mənim həyatımda bu hekayə kimi xəyal qırıqlığı,ümidsizliklər,xəyanətlər var. Ama sizin həyatınızda tutuna biləcəyiniz dostlarınız və hər zaman gedə biləcəyiniz mezar daşı var. Mənim bir dostum var oda şizofreniya xəsdəliyinə oxşar bir xəsdəliyi vardı. Bəhs etdiyim dosdum şeir yazır. Bilmirəm niyə ama onun sayəsində kitab oxumağı sevdim. Və kitab oxumağa başladığım andan 200 dən çox kitab oxumuşam. Ama ən sevdiyim kitablardan biri bu kitab oldu. Həqiqətəndə kitabı oxumaqğı sevməyənlər üçün tövsiyə edirəm.ƏLA kitabdı.
  • 24 iyun 2020 11:07
  • Status:
Qonaq gulay
Heqiqeten de cox gozel bir roman idi heart_eyes

  • 31 iyul 2020 11:31
  • Status:
Qonaq Aygun
Bu əsəri oxuyanda sanki məndə o hissləri yaşayırdım. Onun pis olduğu hər an göz yaşlarına qərq olurdum. Çox gözəli əsərdi. Mənə çox şey öyrətdi. Teşekkürler ??
  • 10 oktyabr 2020 22:58
  • Status:
Poladov
Çoooxx mükəmmməl əsərdir?❤️❤️✌?
  • 30 oktyabr 2020 13:03
  • Status:
Qonaq Lamiyə
Cox marağlı amma cox marağlıdı



Cox marağlıdı coxx

  • 22 dekabr 2020 17:58
  • Status:
Kitab hamı və hər kəs üçün
Möhtəşəm kitabdı
Oxuyun :) 
  • 19 aprel 2021 18:23
  • Status:
Fidan Abdıyeva
O qədər gözəl bir Romandıki.. bir defe yox min defe de oxusam əsla bezmərəm. Kitabın hər hissəsini oxuyanda sanki Raulun başına gələnlər öz başıma gəlibmiş kimi yaşadım. Kitabı hamı oxuya bilər  amma onu hiss etmək, yaşamaq tam ayrı bir duyğudur. Raulun hər yaşadığı hadisədə onunla birgə məndə göz yaşı tökdüm. Kitabda olan duyğuları oxuculara bu qədər gözəl çatdırdığına görə müəllifə xüsusi təşəkkürlər✨
  • 16 iyul 2021 13:47
  • Status: