Müəllifin Yazmış olduğu "Malavarın hekayəsi" adlı hekayə Sovet dövründə, kiçik bir kənddə yaşayan Bəşirin həyatından bəhs edir. Olduqca maraqlı, axıcı təhkiyə ilə yazılan "Malavarın hekayəsi" oxucular tərəfindən də bəyəniləcəkdir.
Mən, Bəşir. İllərdir edilən duaların mükafatı sayılan, dörd qızdan sonra doğulan Bəşir. Adına qurbanlar kəsilən, qapı-qapı şirinlik paylanılan, toy-bayram edilən Bəşir. Bir kənddən digər kəndə qədər sorağı yayılan, görənlərin dilinə düşən Bəşir. Gözlərindəki işığa həsədlə baxılan, üzündəki nura aşiq olunan Bəşir. Zərifə ananın evim-eşiyim dediyi, çoban Həsənin nəslinin davamçısı olan Bəşir... Ancaq bircə sözlə taleyi ondan üz döndərən, həyatı solan Bəşir. Danışa bilməyəcəyini öyrəndiyində atasının gözündə bir heçə çevrilən, əqli qüsurlu olduğunu biləndə anasının göz yaşlarına dönən Bəşir. Bacılarının qardaş deyə inana bilməyəcəkləri, onların övladlarının dayı deməyə utandıqları Bəşir. Kəndin böyüklərinin yazığı gəldiyi, kiçiklərinin isə lağlağı etdiyi Bəşir. Yat Bəşir, dur Bəşir, gül Bəşir, ağla Bəşir! Bir sözlə, mən, məhşur Dəli Bəşir.