KitabYurdu » Kitab » Roman » Ayşən Müzəffərli - MƏNİM ÜMİDİM


Şeçilmişlər Ayşən Müzəffərli - MƏNİM ÜMİDİM

Ayşən Müzəffərli - MƏNİM ÜMİDİM PDF
ADI:
MƏNİM ÜMİDİM
REYTİNQ:
  • +157
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2022
ÖLÇÜSÜ:
701 kb

Əsərin qəhrəmanı Nazlı müəllimdir. Uşaqlığında valideynlərini itirdiyinə görə xalasının himayəsində böyüyür. Məktəb illərindən bəri sevdiyi adamla evləndikdən sonra xəstəlik ucbatından ana ola bilməyəcəyini öyrənir. Amma ümidi heç vaxt sönmür. Arzusu gerçəkləşir və illər sonra bir övladı dünyaya gəlir. Lakin bu xoşbəxtlik uzun çəkmir. Körpəsi ilk doğum günündə yoxa çıxır. Bu necə baş vermişdi? Onu qaçırdılarmı? Bir ananın övladı üçün verdiyi mücadilənin nəticəsi necə olacaq və o, körpəsinə qovuşa biləcəkmi?

"Bu hiss etdiyim şey, deyəsən, şübhə idi. Şübhə elə bir qüvvədir ki, insanı bir dəfə əsir aldımı, ondan xilas olmaq əsla mümkün olmur".


Dərs saatı bitmək bilmirdi.Ya da mən elə hiss edirdim. Sanki zaman yerində donmuşdu. Evə getməyə həmişəkindən çox tələsirdim. Çünki mənim üçün çox özəl bir gün idi. Bu özəl gündən bir il əvvəl ana olmuşdum və övladımın ilk doğum günü idi. Hər bir ana övladının doğum gününü özü hazırlamaq istəyər. Mən də bunu istəmişdim. Ancaq həyatda çox vaxt işlər istədiyimiz kimi getmir. Biz isə buna uyğunlaşmağa məcbur oluruq. Çalışdığım tədris mərkəzində mənim dərs saatlarımı əvəz edə biləcək bir nəfər var idi, o da rəfiqəm Aysel. Amma qızı xəstələndiyi üçün bu istəyimi yerinə yetirə bilmədi. Müdirimiz də gestapo olduğu üçün (biz onu öz aramızda belə adlandırırdıq) icazə vermədi. “Evdə o qədər adam var, həll edərlər, sən də dərslərin bitəndən sonra onlara qatılarsan”,- dedi. Bu sözlərdən sonra heç nə söyləyə bilmədim. Razılaşmamaq kimi bir seçimim də yox idi. Bunu Almaz xalaya (qayınanam) izah edə bilməmişdim. Sussa da, baxışlarından demək istədiklərini çox gözəl anlamışdım. Biz insanlar beləyik. Sözü üzə deyə bilməyəndə onu ifadə edəcək bir baxış atırıq və qarşımızdakının bunu başa düşməsini gözləyirik. Mənim qayınanam da belələrindəndir. Artıq buna 4 öyrəşmişdim. Əslinə qalsa, bu dəfə haqlı olduğunu düşünürdüm. Çünki hər şeyin təmtəraqlı olmasını özüm istəmişdim. Düzdür, o doğum günü olacağından xəbərsiz idi. Amma mən həyatımdakı ən əziz günü qeyd etməyə bilməzdim, çünki o məhz bu gün həyatıma daxil olmuşdu. Övladının doğum günü hər bir valideyn üçün özəldir. Ancaq mənim üçün özəlliyini kəlimələrlə ifadə etmək çətindir. Onun həyatıma gəlməsi möcüzə idi. Çünki həkim mənə övladımın olmayacağını söyləmişdi. Bunun səbəbi endometrioz adlanan, yəni şokolad kistası dedikləri xəstəlik idi. Mən yenə də ümidimi itirmədim. Allahın bir gün dualarımı qəbul edib arzularımı gerçəkləşdirəcəyinə ümid edirdim. Çünki insanın bu həyata tutunmasına yardım edən tək şey onun ümididir. Hər şey bitə bilər, amma ümid isə yox. Tam olaraq bu gün də ümidlərimin boşa çıxmadığı o gün idi. Oğlumun həyata gəlməsi də, bu həyata tutunması da möcüzə idi. Doğum çox erkən başlamışdı və həkimlər onun nəfəsalma probleminin olduğunu soyləmişdilər. Xəstəxanadan çıxarkən həkim mənə hətta oğlumun ürəyinin dayandığını dedi. Ailəm isə o gün bütün bunları məndən gizlətmişdi. Nəhayət oğlumun ilk yaş günü gəlib çatmışdı. Hər şeydən çox sevdiyim,yolunu böyük ümid və səbrlə gözlədiyim oğlumun. Mənim Ümidim səni çox sevirəm......