Tanınmış nasir-şair Yusif Həsənbəyin bu elektron kitabına onun son illərdə qələmə aldığı iki romanı və “Təkan” povesti daxil edilib. Müəllifin qəhrəmanları həyatlarının ən çətin anlarında belə ən yaxşı insanı keyfiyyətləri - düzgünlüyü, səmimiliyi, doğruluğu və xeyirxahlığı saxlamağa çalışır. Yazıçı ədəbiyyatımızda az işlənən dəniz, eləcə də çağdaş gənclik mövzusuna özünəməxsüs üslubda yanaşır...