Əzilmiş fotoşəkillər - Varisin oxucularla beşinci görüşüdür. 2008-ci ildə "Sonuncu ölən ümidlərdir" kitabı ilə oxucularla ilk görüşə gələn və dərhal da özünə böyük oxucu auditoriyası toplamağa müvəffəq olan yazıçının sonrakı kitabları da ("Bir ovuc torpaq" - 2009, "Sənə inanıram" - 2010, "Yetmiş yeddinci gün" - 2011) sevildi, populyarlıq qazandı. "Əzilmiş fotoşəkillər" adlanan 5-ci romanın süjeti həyatdan, günümüzün reallığından götürülmüşdür. Yeniliklər etməyi xoşlayan yazıçının bu əsərində bədiiliklə publisistika son dərəcə orijinal bir şəkildə birləşmiş, ortaya olduqca maraqlı, oxunaqlı bir material qoyulmuşdur. Və bu yeni romanın da bəyəniləcəyinə müəllifin inamı olduqca böyükdür.