Köhnə sovet tarix nəzəriyyəsi, müasir Avropa və İran tarixçiliyi Səlcuqluların, ümumiyyətlə, oğuz türklərinin Azərbaycanı işğal etdiyini və bunun nəticəsində bu coğrafiyada yaşayan "irani" xalqları asimilə etdiyini qeyd edirlər. Bu tarix görüşü, ideoloji bir görüş olub, Yaxın və Orta Şərq tarixində türk gerçəyinin inkarına yönəlik bir düşüncəyə xidmət edir. Mövcud qaynaqlarımız yuxarıda da geniş bəhs etdiyimiz kimi, oğuz fəthlərindən əvvəl Cənubi Qafqazda, Şərqi Anadoluda, indiki İranın bütün şimali və mərkəzi torpaqlarında qələbəlik türk ünsürünün yaşadığını ortaya qoymaqdadır.