Müasir tədrisin labüd şərtlərindən biri də lazımi informasiyanı, hər hansı bir məlumatı qısa müddətdə əldə etməkdən ibarətdir. "Məktəblinin tarix lüğəti" ilk növbədə məktəblilər üçün nəzərdə tutulub, lakin tarix, fəlsəfə, siyasət, ədəbiyyat, mədəniyyət tarixi, bütövlükdə tarixi məfhum və terminlərin rast gəlindiyi humanitar elmlərlə maraqlanan hər bir kəs üçün faydalı ola bilər.