"Tarixin atası" sayılan Herodotun 9 kitabdan ibarət "Tarix" əsərində Yunan-İran müharibələrindən, habelə qədimdünyanın bir sıra dövlətlərinin, o cümlədən Şərq ölkələrinin tarixindən, coğrafi mövqeyindən, yerli xalqlarından,onların adət-ənənələrindən ətraflı bəhs olunur. Əsər Azərbaycanın qədim tarixini öyrənmək baxımından da qiymətliməxəzdir. Midiya tarixi, habelə iskitlər (skiflər), onların Azərbaycana gəlmələri, Azərbaycan ərazisində yaşamış qədimqəbilə və tayfalar haqqında məlumatlar son dərəcə dəyərli elmi əhəmiyyət malikdir.