KitabYurdu » Kitab » Tarix » Nəriman Nərimanov - Hacı Zeynalabdin Tağıyevin 50 illiyi. Məişətə və cəmaətə xidmətləri


Şeçilmişlər Nəriman Nərimanov - Hacı Zeynalabdin Tağıyevin 50 illiyi. Məişətə və cəmaətə xidmətləri

Nəriman Nərimanov - Hacı Zeynalabdin Tağıyevin 50 illiyi. Məişətə və cəmaətə xidmətləri PDF
ADI:
Hacı Zeynalabdin Tağıyevin 50 illiyi. Məişətə və cəmaətə xidmətləri
REYTİNQ:
  • +16
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2019 (1994)
ÖLÇÜSÜ:
286 KB
Tamaşaçıların müxtəlif kateqoriyaları, xüsusilə gənclər və yeniyetmələrlə sıx ünsiyyətdə olduğumuzdan tarixi şəxsiyyətlərlə bağlı onları düşündürən suallardan xəbərdarıq və çox zaman mövzu ilə bağlı bir sıra materialların çap olunaraq muzey ziyarətçilərinə təqdim edilməsi zərurəti ilə qarşılaşırıq. Bütün bunları nəzərə alalraq N.Nərimanovun “H.Z.Tağıyevin 50 illiyi. Məişəti və cəmaətə xidmətləri” adlı kitabçasının və 1903-cü ildə tələbə ikən Odessadan Hacıya yazdığı məktubunun yenidən nəşr edilməsini lazım bildik. Hesab edirik ki, bu, maraqlananları H.Z.Tağıyevin xalq arasındakı xidmətləri və N.Nərimanovun ona olan münasibəti barədə qismən də olsa məlumatlandırmış olar.

Ey gənc, ixtiyari zai
Ey aqilü biqərari zai
Manəndi-kab söylə-söyl
Bilməm haraya gedirsən öyl
Yüz dəxi eyləsən siyah
Bir kərə düşün ki, ən nəhayət:
Aramgəhin bu yer deyilmi?!
Bu qəbri bəqa əsər deyilmi
Doğrudur! Yüz səyahət etmək, yüz dolanmaq, yüz çalışmaq: axırımız qara torpaqdır... İnsanın başında yüz min qara yazılar, yüz min fikirlər! Zindəganlığında yüz min dərələr, yüz min quyular, hesabsız açılmayan dügünlər, rüzgarın yüz min oxları, gündə min dəfə nəfsini satmaq, pərvanə kimi özünü odlara yapmaq, səadətdə dəfaətilə ölüb dirilmək, tək nəfsin üçün min nəfsi puç etmək – bunlar hamısı nədən ötrüdür? Həyatdan ötrü deyilmi? Həyat nədən ötrüdür? İnsanın dəyirmanı boş qalmamaqdan ötrümü? Vaveyla! Va həsrəta! Hərgah belədirsə. Yırtıcı heyvan şikarını edib qarnı tox olanda qeyri şikar dalınca getmir.Yoxsa insan yırtıcı heyvan insafında da olmadı? Çox heyf! “Gər qara daşı qızıl qanilə əlvan edəsən! Rəngi təğyir tapar, ləli bədəxşan olmaz!” Elə də biz: ha çalışaq özümüzü tərif etməyə, ha çalışaq murdar sifətlərimizi, hərəkətlərimizi pünhanda tutmağa-insaf məqamında yırtıcı heyvandan alçaq, biinsaf, bimürvət görünürük. Həmin məsələ bizim üçün nəhayətdə ağırsa da, çifayda belədir, əzizim.