Kitabda Azərbaycanın ərəblər tərəfindən istila edilməsi dövrü ilk dəfə tədqiq olunur. Onun siyasi və sosial-iqtisadi vəziyyəti, yerli hakimiyyətin Ərəb xilafətinə münasibəti, istilaçılara qarşı xalqın azadlıq mübarizəsi nəzərdən keçirilir. İnzibati bölgü, vergi sistemi, kənd təsərrüfatının inkişafı və s. haqqında məlumat verilir. Zülmkarlarla mübarizə aparmış Babək və onun silahdaşları haqqında ərəb mənbələrindən götürülmüş materiallar böyük maraq doğurur.