Kitabda Azərbaycan Atabəyləri dövlətində idarəetmə üsulu məsələləri ilk dəfə olaraq nəzərdən keçirilir. Bu dövlətin mədəni həyatı, vergi sistemi, şəhər və saray iyerarxiyası, əkinçilik və torpaqdan istifadə edilməsi qaydası yeni səpkidə təhlil olunur.Tədqiqat prosesində Azərbaycan tarixi üçün yeni olan bir sıra orta əsr yazılı mənbələ rindən də istifadə edilmişdir. VII əsr Ərəb dövləti və V III-IX əsrlər xilafət zamanından başl ayaraq Qərbi Asiyada ən gein şərazini birləşdirən bir dövlətin - Səlcuq imperiyasının yaranma, çiçəklənmə və parçalanması dövrü Yaxın və Orta Şərq ölkələrinin gələcək tarixi müqəddəratında böyük əhəmiyyət kəsb edir. Səlcuq sülaləsindən olan sərkərdələrin başçılığı altında oğuz və başqa türk tayfalarının işğalçılıq yürüşləri bu dövlət birliyinin başlanğıcını qoymuşdur. 1040-cı il may ayının 24-də, Sərxasla Mərv arasında, Dəndənəkəndə, Qəznəvi sultanı Məsudun orduları üzərindəki qələbə səlcuqilər üçün İran, sonrada İraqa yol açmış oldu. Deyləm sülaləsi Buveyhilər və Kakuveylərin hakimiyyəti altında olan əyalətlər bir-birinin dalmca yeni dövlətə tabe edildi. 1055-ci ildə Bağdadru tulandan sonra, təəssübkeş müsəlmanların dini rəhbəri - Abbasi xəlifəsi tərəfindən Səlcuq sərkərdəsi Toğrul bəyin hakimiyyəti təsdiq edildi . Səlcuq sülalə başçısı sultan rütbəsi alaraq, turulmuş və tabe edilmiş ölkələrin baş dünyəvi hakimi oldu.