KitabYurdu » Kitab » Tarix » AZƏRBAYCAN SƏFƏVİLƏR DÖVLƏTİ


Şeçilmişlər AZƏRBAYCAN SƏFƏVİLƏR DÖVLƏTİ

AZƏRBAYCAN SƏFƏVİLƏR DÖVLƏTİ PDF
ADI:
AZƏRBAYCAN SƏFƏVİLƏR DÖVLƏTİ
REYTİNQ:
  • +15
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2007
ÖLÇÜSÜ:
7 MB
XVI əsr ümumdünya tarixinin yeni mərhələsinin başlanması ilə əlamətdardır. Bu feodal cəmiyyətinin daxilində kapitalist istehsal üsulunun yaranması, feodal münasibətlərinin dağılması və Avropanın bir sıra inkişaf etmiş ölkələrində kapitalist istehsalının meydana gəlməsi, milli və çoxmillətli dövlətlərin təşəkkül tapması dövrü idi. Bu dövrdə Qərbi Avropa ölkələrinin əksəriyyətindəmilli ərazilərin siyasi cəhətdən birləşməsi və mərkəzləşdirilmiş dövlətlərin təşəkkülü prosesi artıq başa çatmışdı. Feodalizm şəraitində siyasi mərkəzləşdirmənin mükəmməl forması mütləq monarxiya idi. Lakin Asiya ölkələrində dövlətin bir qədər spesifik tipi formalaşdı.
Bu dövlətlər müəyyən dərəcədə feodal pərakəndəliyini aradan qaldırsalar da, Avropanın feodal-mütləqiyyətçi dövlətlərindən əhəmiyyətli surətdə fərqlənirdilər. Sonunculardan fərqli olaraq Asiya ölkələrində siyasi birləşmə prosesi məhsuldar qüvvələrin nisbətən zəif inkişafı, feodal münasibətlərinin durğunluğu, natural təsərrüfatın hökmranlığı və vilayətlər arasında iqtisadi əlaqələrin zəifliyi şəraitində baş verirdi. Bir sıra səbəblər üzündən Asiyanın feodal dövlətləri (onlardan bəziləri hətta güclü hakimiyyətə malik olsalar da) optimal daxili sabitlikdən məhrum idilər, onların ərazi bütövlüyünü sarsıdan mərkəzdənqaçma proseslərini tamamilə zərərsizləşdirə bilmirdilər.Asiya ölkələrində siyasi qurumların səciyyəvi xüsusiyyətlərindən biri ondan ibarət idi ki, xarici istilalar nəticəsində onlar sürətlə bir ölkə çərçivəsindən kənara çıxır, geniş regionları öz sərhədləri hüdudunda birləşdirirdilər.