Monoqrafiyanın tədqiqat obyekti Azərbaycan Demokratik Respublikasının xarici siyasətinin əsas istiqamətləridir. Fevral inqilabından sonra Azərbaycanda yaranmış siyasi vəziyyət, Azərbaycan nümayəndələri ilə Osmanlı nümayəndələri arasında danışıqlar, iki ölkə arasında hərbi, siyasi, mədəni və b. sahələrdəki əməkdaşlıq araşdırılır. Mudros sülhündən sonra yaranmıĢ yeni Ģəraitdə Azərbaycan diplomatiyacının Antanta ölkələri və onların nümayəndələri ilə işi diqqət mərkəzinə çəkilib.
Gürcüstan, Ermənistan, Cənub Qərbi Qafqaz Respublikası, Dağıstan va İranla çətinliklə qurulan münasibətlərə böyük yer verilib. Azərbaycan nümayəndə heyətinin Paris sülh konfransında iştirakına xüsusi hissə həsr edilmişdir. Azərbaycanın dövlət müstəqilliyinin itirilməsində müxtəlif xarici qüvvələrin iştirakı da geniş araşdırılır. Əsərə əhalinin milli tərkibi haqqında statistik cədvəllər və xəritələr əlavə edilmişdir. Kitab bütün təbəqələrdən olan oxucular üçün nəzərdə tutulmuşdur.