Azərbaycan Dövlət iqtisad Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil alan tələbələri üçün nəzərdə tutulmuş dərs vəsaiti türk xalqlarının yeni və müasir dövrünün tarixinə həsr olunmuşdur. Burada Rusiyanın Orta Asiyanı işğal etməsi, işğaldan sonra Rusiyanın bölgədə yaratdığı hərbi-inzibati idarəetmə sisteminə, eləcə də Volqaboyu, Sibir və Krımda həyata keçirilmiş burjua islahatlarına da yer verilmişdir. Eyni zamanda türk xalqlarının Birinci və İkinci Dünya müharibələri dövründə sosial-iqtisadi vəziyyətləri dərs vəsaitində öz əksini tapmışdır. Müasir dövrdə Azərbaycanın türk dövlətləri ilə siyasi əlaqələri, türk dövlət başçılarının çoxtərəfli əlaqələr sistemində iştirakı da işıqlandırılmışdır. Dərs vəsaitinin məzmunu “Türk xalqlarının tarixi” fənninin proqramına uyğundur. “Azərbaycan tarixi” fənni beynəlxalq münasibətlər ixtisasında ayrıca fənn kimi tədris olunduğundan dərs vəsaitində Azərbaycan türklərinin tarixinə yer verilməmişdir.