Kitab Azərbaycan torpağının qədim bir parçası-ulu Cəbrayıl atanın adını daşıyan Cəbrayıl rayonu haqqında tarixi-bədii hekayətdir. Müəlliflər rayonun ilk məskunlaşma dövründən başlamış ta bu gününəcən onu mərhələ-mərhələ açıb oxucunun gözləri qarşısında canlandırır. Qarabağ xanlığının siyasi tarixi həyatında özünəməxsus rolu olan cəbrayıllı tayfasının təşəkkülü də unudulmamalıdır. Eyni zamanda rayonun bu günü də kitabda öz əksini tapmışdır.Kitab Cəbrayıl RİK-nin sifarişi ilə nəşr olunub.