Kitabda laborator göstəricilərin referent hədləri, insan orqanizminin həyat fəaliyyəti dövründə biokimyəvi göstəriciləri, normadan kənara çıxmalar və göstəricilərin müxtəlif xəstəliklərlə bağlı mahiyyəti qeyd edilmişdir. Laborator diaqnostik metodların, biokimyəvi, hematoloji, ümumi-kliniki, hormonal, immunoloji tədqiqatların və testlərin mahiyyəti Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq edilmiş formada verilmişdir. Sağlam əhalinin də müvafiq dövri laborator müayinələrdən keçməsi üçün göstərişlər yer almışdır. Sorğu vəsaiti informativ olması ilə bərabər, geniş istifadəçi kütləsi(sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirilməsi ilə maraqlanan həkimlər, laborator tibb mütəxəsisləri, tibb universitetinin tələbələri, tibb kollecinin müdavimləri) üçün səmərəlidir.
Kitabın tərtibatı sadə, həcmi yığcam olduğundan istənilən məlumat operativ şəkildə, tez əldə oluna bilir.
Mövcud vəsait S.S.Vyalovun kitabından götürülmüş məlumatlara Avropa və Vətən alimlərinin tədqiqat materialları, Ümumdünya Sə- hiyyə Təşkilatının təsdiq etdiyi normativ sənədlər əlavə olunmaqla tərtib edilmişdir.