KitabYurdu » Kitab » Tibb » Kliniki onkologiyada radioterapiyanin nəticələrinin qiymətləndirilinəsi kriteriyalari


Şeçilmişlər Kliniki onkologiyada radioterapiyanin nəticələrinin qiymətləndirilinəsi kriteriyalari

ADI:
Kliniki onkologiyada radioterapiyanin nəticələrinin qiymətləndirilinəsi kriteriyalari
REYTİNQ:
  • +26
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2017
ÖLÇÜSÜ:
108 Kb
Kitab Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin əməkdaşları tərəjindən çapa hazırlanmışdır. Azərbaycan dilində ilk dəfə kliniki onkologiyada bədxassəli şişlərin müalicəsinin nəticələrinin qiymətləndirilməsinin RECİST klassifikasiyası, bədxassəli şiş hüceyrələrinin radiohəssaslığı, risk orqanlarının tolerantlıq dozaları, bədxassəli şişlərin müalicəsində rast gəlinən arzuolunmaz hallar və xəstələrin həyat keyfiyyətini göstərən müasir, dünyanın aparıcı klinkalarında istifadə edilən təsnifatlar göstərilmişdir. Bu kitab bədxassəli şişlərin şüa müalicəsinin hazırlığında, həyata keçirilməsində və kontrolunda radiasion onkoloqlar, radioterapevtlər, tibbi fiziklər, həkim-onkoloqlar, həkimrezidentlər, həkim-müdavimlər və Azərbaycan Tibb Universitetinin tələbələri tərəfindən istifadə üçün nəzərdə tutulmuşdur.
Bədxassəli şişlərin müalicəsinin nəticələrinin qiymətləndirilməsi müasir onkologiyanın vacib problemlərindən biri olaraq qalır. Hələ 1950- ci illərdə ABŞ xərçəng xəstəliyinin dərman müalicəsinin klinik tədqiqatlar kooperativ qrupu (Cancer Chemotherapy Cooperative Group Clinical Trials) öz araşdırmalarında şiş əleyhinə müalicənin nəticələrinin obyektiv qiymətlərdirilməsi üçün kəmiyyət hesablamalarında çətinliklər olmasını qeyd etmişdir. 1960-cı ildə Zubrod C.G. və əməkdaşları şiş əleyhinə aparılmış dərman müalicəsinin nəticələrinə həsr olunmuş işdə yazırlar: «müalicənin müsbət terapevtik effekt verməsi barəsində ancaq şişin kəmiyyətcə ifadə olunan ölçülərinin kiçilməsi və yeni şiş ocaqlarının yaranmaması barəsində məlumat aldıqdan sonra fikir yürütmək olar». Klinik onkologiyada müalicənin nəticələrinin öyrənilməsi üçün universal kriteriyalarm olması həkimlərə «ümumi dil tapmağa», dünyanın çoxsaylı onkoloji klinikalarında aparılmış konkret nəticələri öyrənməyə və nəticədə daha effektli müalicə taktikası seçməyə, eyni zamanda qısa müddətdə metaanaliz üçün material yığmaq və standart müalicə taktikası hazırlamağa imkan verir. İlk dəfə Beynəlxalq Səhiyyə Təşkilatının (BST) təşəbbüsü ilə dünyanın aparıcı onkoloji təşkilat və klinikalarının (xərçəng xəstəliyinin tədqiqi və müalicəsi üzrə Avropa təşkilatı - EORTAC, ABŞ Milli Xərçəng İnstitutu NCI USA, xərçəng əleyhinə beynəlxalq təşkilat IUAC və digərləri) əməkdaşlarının birgə səyi nəticəsində 1977-ci ildə Turin, 1979-cu ildə Brüsseldə xərçəng xəstəliyinin müalicəsinin nəticələrinin standartlaşdırılmasına həsr olunmuş beynəlxalq konfranslar keçirilmiş, universal kriteriyalar hazırlanmışdır. Bu təkliflər BST tərəfindən «WHO Handbook for Reporting Results of Cancer Treatment., WHO Offset publication No. 48, World Health Organization, Gcncva, 1979» çap edilmiş və dünya onkoloqlarma istifadə üçün tövsiyə olunmuşdur.