KitabYurdu » Kitab » Tibb » Təxirəsalınmaz Yardımının Əsasları


Şeçilmişlər Təxirəsalınmaz Yardımının Əsasları

Təxirəsalınmaz Yardımının Əsasları PDF
ADI:
Taxirəsalınmaz Yardımının Əsasları
REYTİNQ:
  • +54
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
-
ÖLÇÜSÜ:
2.36 MB
Sizə Sağlığı Təmin Edənlərə aid Taxirəsalınmaz Yardımının Əsasları (TYƏ) kursunu təqdim edirik. Bu kursda əldə etdiyiniz bilik və bacarıqlarla siz həyat qurtara bilərsiniz. Zərərçəkənlərin yaşından asılı olmayaraq ürək-ağciyər reanimasiyasına (ÜAR) aid bacarıqları mənimsəyib xilasediçı qrup şəraitində ÜAR-sı təcrubəsi qazanacaqsınız. Avtomatik xarici defibrillatorun (AXD) istifadə qaydasını və kəskin tənəffüs çatmamazlığında (məsələn, nəfəs yollarının yad cismlə obstruksiyasında) yardım tədbirlərini öyrənəcəsiniz. Bu kursda əldə etdiyiniz bacarıqlarla siz ürəyin dayanması kimi təxirəsalınmaz vəziyyətləri düzgün qiymətləndirib müvafiq yardım göstərməyə qadir olacasınız.
Profilaktikasında mühüm irəliləməyə baxmayaraq, ürəyin dayanması dünyanın bir çox yerində, önəmli ictimai sağlıq problemi və ölümün aparıcı səbəbi kimi qalır. Ürəyin dayanması həm klinika şəraitində, həm də klinika xaricində rast gəlinir. ABŞ və Kanadada, ildə təqribən 350000 (onlardan təxminən yarısı klinika şəraitində) adamda ürəyin dayanması olur və onlara reanimasion tədbirlər təşəbbüsü edilir. Bu rəqəmə ürəyin dayanması halda reanimasion təşəbbüsü görməyən zərərçəkənlər daxil olmayıb; onlar da önəmli miqdar təşkil edir.
Dərsliyin məqsədi
Bu dərslik tibb işçilərinin müxtəlif klinika daxili və klinikadan kənar şəraitlərdə ürək- ağciyər reanimasiyasının ÜAR icrasına aid lazımı biliklərə diqqəti cəlb edir. Dərslikdə öyrəniləcək məlumat və bacarıqlar aşağıdakı məşğələlərə bölünür:
- Sağqalma silsiləsinin başlanması
- Böyük yaşlı, uşaq, və körpə zərərçəkənlərdə təcili, yüksək keyfiyyətli ürək massajının aparılması
- AXD erkən istifadəsinin başlanması
- Müvafiq tənəffüsün təmin edilməsi
- ÜAR-sını 2-nəfərlik xilasedici qrupla aparılması
- Kəskin tənəffüs çatmamazlığında yardım tədbirləri
gulshan
slam .kitabinn muellifi kimdir/
  • 17 iyun 2017 20:17
  • Status: