KitabYurdu » Məqalə » Gələcək peşə fəaliyyəti müəllim olan tələbələrdə İKT kompetensiyanın formalaşdırılması


Şeçilmişlər Gələcək peşə fəaliyyəti müəllim olan tələbələrdə İKT kompetensiyanın formalaşdırılması

 Məqalədə müasir dövrdə, gələcək peşə fəaliyyəti müəlim olan tələbələrdə “İKT kompetensiya” verilmiş, İKT kompetensiyanın mahiyyəti açıqlanmışdır. Məqalədə tələbələrdə İKT kompetensiyanın formalaşdırılması zərurəti, bu prosesə verilən tələblər açıqlanmış, ümümi İKT kompetensiyanın, müəllimin İKT kompetensiyasının formalaşması kriteriyaları verilmişdir.


Hazırda respublikamızda ali məktəblər sistemli dəyişiklər ərəfəsindədir: bu ali təhsil müəssislərinin məzunlarının yüksək peşəkarlıq səviyyəsini, onlarda universal bilik, bacarıq və vərdişlər sisteminin tam formalaşmasını, həmçinin müstəqil təcrübə fəaliyyəti və şəxsi məsuliyyət tələb edir.
N.Gəncəvi əsərlərində özünü dərk edənləri “əbədi yaşayanlar”, dərk etməyənləri isə “bir qapıdan girib, o biri qapıdan çıxanlar” hesab edir. Alim şəxsiyyətin ictimai bacarıqlara, məntiqi və tənqidi təfəkkürə, problem həll etmək kimi yüksək idraki bacarıqlara malik olmasını vacib hesab edir və əsərində Fitnənin simasında göstərir ki, “insan məşq və vərdişlə möcüzələr yaradar, mühüm bacarıqlara malik ola bilər”. Ə.Marağayiyə görə, “əgər insan müəyyən biliklərə malikdir və onları tətbiq etmirsə, deməli, həmin insan ya “tətbiqi ağıldan” məhrumdur, ya da onun tətbiqi ağlı “kamil” deyil. İnsanın savadının yeganə sübutu onun praktik fəaliyyəti, davranış və hərəkətləridir. Tətbiqi elmsiz ümumi elm bəhərsizdir, ölüdür, faydasızdır”. Bu və digər alimlərimizin fikirləri bu gün təlim prosesinə olan yeni yanaşmalarla üst-üstə düşür(1).
Təlimin şəxsə, onun inkişafına istiqamətlənmiş tipində təhsilin məzmununa olan münasibət dəyişir. Bu halda təhsil öyrənənə biliyin verilməsindən daha çox onun təhsillilik səviyyəsinin yüksəldilməsinə, kamil insan kimi formalaşmasına, özünü özündə tapmasına istiqamətlənir Tədris materialı bu halda mənimsəmənin obyekti kimi meydana cıxmır, oyrənənin fəaliyyəti ücün təhsil mühitinin yaradılmasına, təhsilin xarici komponentlərinin tərkib hissəsinə cevrilməsinə xidmət edir. Göründüyü kimi, birinci halda məzmun öyrənənə mənimsənilməsi ücün verilirsə, ikinci halda şəxsə istiqamətlənmiş məzmun öyrənənin təhsil məhsulu kimi cıxış edir və fəaliyyətin təşkilini tənzimləyir. Deməli, müəyyən mənada qəbul etmək olar ki, təhsilin məzmunu oyrənənin fəaliyyətinin məzmunu kimi cıxış edir, onun atributuna cevrilir və nəticədə bacarıqların formalaşmasına şərait yaradır. Əlaqədar olaraq A.O.Mehrabov yazır: “Əgər təlim prosesi təhsilin məzmununa daxil edilmirsə təhsilin məzmunu uşaqlara müəllim tərəfindən verilən özgəninkiləşdirilmiş material kimi qəbul edilir. Əgər təlim prosesi məzmuna daxil edilirsə, onda təlimin fəaliyyətlə bağlı məzmununa daha geniş mənada baxmaq lazımdır. Fəaliyyətin təhsilin məzmununda olan rolundan didaktik sistemin bütün səviyyələri, yəni təlimin məzmunu və məqsədindən tutmuş, öyrənənlərin onun nəticələri əsasında özünüdərk və özünüqiymətləndirməsinədək olan proseslər qidalanır.” (2)
Pedaqoji-psixoloji və sosial tədqiqat və real məktəb təcrübəsinin nəticəsi göstərirki, ya müasir müəllimin peşəkarlıq kompetensiyası ya da onun mentaliteti səbəbindən ümumi orta təhsilin modernləşməsinə uyğun, təhsil sisteminin, müasir məktəbin qarşıya qoyduğu məsələləri həll etməyə hazır deyil.
Səriştə (bundan sonra kompetensiya) əldə olunmuş bilik və bacarıqları praktiki fəaliyyətdə effektiv və səmərəli tətbiq etmək qabiliyyətidir. Hər hansı bir fəaliyyəti həyata keçirmək üçün vacib olan və praktikada səmərəli tətbiq edilən biliklər+bacarıqlar+vərdişlər+dəyərlər+ keyfıyyətlər= kompetensiyalar adlanır.
“Açar” kompetensiyalar öz imkanlarının həyata keçirilməsində və inkişafında, fəal vətəndaşlığında, sosial fəallığında, ümumiyyətlə, əmək məşğuliyyətində hər bir insana vacib olan kompetensiyalar açar kompetensiyalar hesab olunur. Onlar, gənc nəslin müstəqil həyata hazır olmasında gələcək təlim və əmək fəaliyyəti üçün bazanın yaradılmasında ömür boyu inkişafın təmin olunmasında əhəmiyyətli rol oynayır. Müxtəlif kompetensiyalarin cəmi metakompetensiyalar adlanır.
Daim dəyişən dünya şəraitində müasir məktəbli özünün gələcək əmək fəaliyyəti ərzində 5-6 dəfə peşəsini dəyişir. Buna görə də zamanın əsas tələbi heç də peşəkar bilik və bacarıqlar deyil, ilk növbədə, informasiyalarla işləmək,özünütəhsilvədünya ilə ünsiyyət qurmaq, qeyri-ənənəvi
situasiyalarda qərar qəbul etmək kimi qabiliyyətlərdir. Lakin orta məktəbdə məktəblinin (ali mətkəbdə tələbənin) bütün bu bacarıqlarını, başqa sözlə, onun informasiya-kommunikasiya səriştəliliyini (İKT -kompetensiya) daha dolğun necə formalaşdırmaq və gələcəkdə necə ölçmək olar? Yeni təhsil proqramlarının əsas məqsədlərindən biridə, mütəxəssislərin peşə hazırlığında, cəmiyyətin informasiya mədəniyyətinin inkişafında müasir səviyyəyə uyğun İKT kompetensiyasının formalaşması durur.
Kompetensiyaya şəxsiyyətin inkişafı və həyatda səmərəli faliyət göstərməsi üçün vacib olan yüksək bilik, bacarıq, dəyər, keyfiyyət və vərdişlər daxildir.
Nəticələrə müasir təhsil səviyyəsinə vacib olan bilik, bacarıq, vərdiş və dəyərləri formalaşdırmağa imkan yaratmalıdır. Müasir dövrdə təlim prosesində formalaşan bilik, bacarıq, vərdiş və dəyərlərin tez-tez dəyişən həyat şəraitinə, məlumat və texniki sıçrayış ilə bağlı həyatın tələblərinə və əsrin basqa xüsusiyyətlərinə uyğunlaşmağa imkan yaradılmalıdır.
Sosial keyfiyyətlər ünsiyyət və məkdaşlıq biliyə yiyələnmək, həyat boyuoxumaq və öyrənməyi öyrətmək qabiliyyətləri, müasir texniki avadanlıqdan geniş və səmərəli istifadə etmək bacarıqları burada çox mühüm yer tutur. Müasir təlim həyatın tələblərinə həssas olmalı və lazımi bilik, bacarıq, vərdiş və dəyərləri formalaşmasına zəmin yaratmalıdır.
Kompetentlik müəllim şəxsiyyətinin inteqral keyfiyətidir. Hər bir zamanın öz tələbi var və bu tələbdən irəli gələn bacarıqlar müəyyən olunur və dəyişir. Yaşadığımız qlobal rəqəmsal dünyada müəllim kompetesiyasına daxildir:
  • Savadlılıq: Yeni pedaqoji texnologiyalardan və İKT istifadə bacarığı, şagirdlərə öyrətməyi öyrətmək bacarığı, alınan bilikləri həyati biliklərə çevirmə bacarığı vəə s.
  • Yaradıcıtəfəkkür: biliklərin bir -biri ilə uzlaşdırmaq, yeni bir bilik yaratma bacarığı.
  • Ünsiyyət: kommunikabelli olaraq, sosial biliklərə əsaslanaraq müəllim- şagird, şagird-müəllim-valideyn ünsiyytlərini qurmaq bacarığı.
  • Nəticəlik: hər bir işin, aparılan dərsin nəticəsi olmalıdır.
Müəllimin professional peşə kompetentliyinin inkişafının mexanizmlərini aşağıdakı kimi verə bilərik:
  • təlimlərdə, kurslarda iştirakı, özünütəhsil, yeni təlim metodlarından, İKT istifadə:
  • yaradıcı dərslərin verilməsi, yaradıcı hesabat, müsabiqələrdə iştirak vəs.
Müəllimin kompetentliyi şagirdin kompetentliyinin əsasıdır. Bu cür bilik və bacarığı olan müəllim yaxşi savad verməklə kifayətlənmir. Onlar şagirdlərdə İKT - ilə işləmək və aldığı informasiyanı biliyə çevirə bilən, ondan daim istifadə etmək, ünsiyyətdə olmağı, öz bilik və bacarıqlarına əsaslanaraq öyrənməyi, öyrətmək bacarığını inkişaf etdirir.Yaradıcı müəllim yaradıcı təlim prosesi quraraq bu prosesdə hər bir şagirdin təfəkkürünün inkişafına zəmin yaradır.
Fənn müəlliminin İKT kompetensiyası dedikdə -müəllimin öz peşə fəaliyəti dövründə informasiya kommunikasiya texnologiyalarından (İKT) istifadə etməyə hazır olması və müstəqil istifadə etmək bacarıqları kimi şəxsi keyfiyyətlər başa düşülür. Bu, fənn müəlliminin təkcə ixtisas fənlərinin hazırlıq səviyyəsindən, onların tədrisində, ixtisas fənlənin tədrisi metodikasında İKT -nin imkanlarından hansı üsullarla səmərəli istifadə olunması yolları, onun tətbiqinin mənimsənilmə səviyyəsindən asılı deyil. Fənn müəllimin İKT kompetensiyası eyni zamanda digər fənlərin tədrisində bu sahəyə nə kimi yer ayrılması, yeni texnologiyadan istifadə edərək tədrisin təşkilindən də asılıdır. Bu iş bütün sahələrdə İKT istifadəsini tələb edir. Gələcək fənn müəllimlərinin ayrı-ayrı dərslərin və dərsdən kənar tədbirlərin təşkilində İKT-dən istifadə imkanlarının istifadəsinə az yer ayrılır, tələbələrin iKT kompetensiyasının formalaşması praktik olaraq nəzərə alınmır. Müəyyən fənlər isə bilavasitə bu işə töhvə verə biləcək potensiala malikdir. Bütün fənlər kimi ümumi fizika kursu da bu fənlər siyahısına aiddir. Öz məzmununa görə, fizikanın tədrisində İKT müxtəlif formalarda, müxtəlif növ məşğələlərdə: mühazirə, seminar və laboratoriya məşğələlərində, özünü təhsil və tədris materialının mənimsənilməsinin yoxlanması zamanı tətbiq və istifadə oluna bilər.
Gələcək fənn müəllimlərinin İKT kompetensiyasının formalaşmasında sistemli yanaşma yoxdur. İKT bütün tədris məşğələ formalarında yox, fraqmental istifadə olunur. Təbii heç bir fənn qarşısında, gələcək peşə fəaliyyəti müəllim olacaq tələbələrin İKT kompetensiyasının formalaşması məsələsi durmur. Elə başa düşülürki, bu məsələ yalnız “İnformatika”, “Fənnin tədrisi metodikası” fənləri və “Tədrisdə İKT-nin tətbiqi” kimi seşmə fənnin tədrisində baxılmalıdır. Hazırda tələbələrin tədris müddəti ərzində fərdi kompyuterdən istifadəsi yalnız informatika və bir sıra fənlərdə mövcuddurki, bu da xırda proqramların təhlili, kiçik hesablama və ya internetdə sərbəst işin axtarışı ilə bağlıdır. Tələbələrə tədris müddətində müəyyən fiziki məsələlərin həllinin, laboratoriya hesabatlarının nəticələrinin hazırlanması tapşırılsada, onların əksəriyyəti bu işin öhdəsindən gələ bilməmiş, bacarıqsızlıqları müəyyən olunmuşdur. Bu faktlar tələbələrin İKT kompetensiyasının müasir sviyyədə olmamasını göstərir.
Hazırda müəllim hazırlığı cəmiyyətin, valideyn və şagirdlərin müasir tələblərinə uyğun deyil:
  • Müəllimlərin peşə hazırlığında onların İKT kompetensiya səviyyəsinə olan tələblərlə onun reallaşması üçün kifayət etməyən mövcud elmi-pedaqoji şərtlər: 
  • Mövcud peşə hazırlığı mərhələsində İKT kompetensiyalı müəllimə verilən tələblər və cəmiyyətin tələb etdiyi İKT kompetensiyalı fənn müəllimi.
Məhz bu münasibətlər fənn müəllimlrinin İKT kompetensiyasınnı önəmli olduğunu, onun təkcə fənlərin tədrisi metodikası və informatika ilə bağlı fənlərin tədrisində deyil, gələcək peşəsi müəllim olan ixtisas tələbələrin tədris aldığı bütün fənlərdə qanunauyğun formada tətbiq edilməsi ilə əlaqədar sistemli işin aparılmasını tələb edir,: ilk növbədə bu məsələyə baxılır: fənlərin tədrisi necə olmalıdırki, tələbələrdə İKT kompetensiyanı formalaşa bilsin.
Qarşıya qoyulmuş məsələdə tədqiqat obyekti müəllim peşə fəaliyyətini seçmiş tələbələrin hazırlıq prosesidir. Tədqiqatın predmeti fənlərin tədrisində gələcək müəllimlərdə İKT kompetensiyanı formalaşdırma sisteminin metodikasıdır.
Tədqiqatın məqsədi fənlərin tədrisində gələcək müəllimlərin İKT kompetensiyasının formalaşdırılmasının motedikası sisteminin əsaslandırılması və işlənməsidir.
Fərz olunacaq ki, gələcək müəllimlərin İKT kompetensiya səviyyəsinin artırılması üçün:
  • Fənlərin tədrisində İKT sistemli tətbiq edilməlidir: mühazirə, seminar və ptaktik məşğələlərdə, laboratoriya işlərinin yerinə yetirilməsində, tələbələrin müstəqil və elmi tədqiqat işlərində,
  • Gələcək peşə fəaliyyəti müəllim olan tələbələrin kompetensiya, şəxsi yönüm, yanaşma fəaliyyətində İKT-dən sistemli istifadə,
  • Tələbələrin İKT kompetensiyasının inkişafı mərhələsi kimi fənnin və informatikanın fənlərarası əlaqəsindən istifadə,
  • Məqsədli motivasiya yönümlülük əsasında gələcək müəllimlərin İKT kompetensiyasının formalaşdırılmasının metodikasının və məzmununun qurilması.
Aparılan tədqiqatın məqsədi:
  • müəllimin İKT kompetensiyasının mahiyyətinin aydınlaşdırılması, 
  • müəllimin İKT kompetensiyasının komponentlərinin təyini,
  • fənlərin tədrisində İKT kompetentliyin problem vəziyyətinin aydınlaşdırılması,
  • gələcək peşə fəaliyyəti müəllim olan tələbələrin fənlərin tədrisində İKT kompetensiyasının formalaşdırılmasının metodik sisteminin nəzəri əsaslarının işlənməsi,
  • fənlərin tədrisində müəllimin İKT kompetensiyasının formalaşdırılması metodik sisteminin modelini qurmaq,
  • fənnin tədrisində tələbələrin İKT kompetensiyasının formalaşması metodik sistemini qurmaq,
  • müəllimdə İKT kompetensiyasının formalaşmasının kriteriyalarını işləmək,
  • tədqiqatın fərziyyələrinin yoxlanması ilə əlaqədar eksperimentin aparılması. 
Gələcək peşə fəaliyyyəti müəllim olan tələbələr qarşısında sonrakı pedaqoji fəaliyyətlərində İKT dən istifadə ilə bağlı aşağıdakı məsələlər durur:
  • fənnin tədrisi prosesində İKT-dən və onun didaktik imkanlarından istifadə olunmasının pedaqoji məqsədəuyğunluqları təyin etmək,
  • Kompyuteri informasiyanın alınması, yenidən işlənməsi vasitəsi kimi, bilavasitə fərdi kompyuterlərin təyinatı, quruluşu və xarakteristikalarından istifadə etmək:
  • İKT vasitələrdən istifadə edərək kiçik tədqiqatlar aparılması üçün layihələrin hazırlanması,
  • fənnin tədrisində müxtəlif məşğələ növ və formaları üçün tədris vasitələrinin işlənməsi,
  • fənnin tədrisinin bütün növ və formaları üçün, öyrənənlərin informasiya mənbələri, internet imkan və resurslarla işləyən zaman fənnin əsas bölmələri üzrə didaktik materialların hazırlanması,
  • test tapşırıqlarının hazırlanması.
  • Bundan başqa fənn müəllimləri İKT ilə bağlı xüsusi sistemli kompetensiyaya malik olmalıdır. Bura aşağıdakılar daxildir:
  • müasir iKT dən istifadə edərək yeni biliklər almaq və istifadə etməyi bacarmaq,
  • fənn üzrə hazır elektron tədris resurlarını istifadə etməyi, verilənlər bazasıını tərtib etməyi, fənnin tədrisində internetdə paylanmış olan resursların imkanlarından istifadə etməyi bacarmaq,
  • müasir İKT dən istifadə edərək tədris metodik kompleksin elementlərinin tərtib etməyi bacarmaq,
  • elektron tədris resursları yenidən işləməyi və tətbiq etməyi bacarmaq,
  • fənn üzrə mətn və qrafik informasiyanın hazırlanması və təqdim olunmasını təşkilini bacarmaq,
  • dinamik cədvəlləri qurmaq və istifadə etməyi bacarmaq,
  • fənnin tədrisinə hazırlıq mərhələsində və fənnin istənilən növ məşğələsinin tədrisi prosesində istifadə etmək üçün təqdimat proqramlarını, slaydların sturukturunu, dinamik informasiyanın (animasiya effektləri) verilməsini, səs effektlrindən istifadə etməyi, cədvəl qurulmasını, informasiyanın videofraqmentlərlə verilməsini bilməlidir.
Tələbələrdə İKT kompetensiyanın formalaşdırılması istiqamətdə görülən hər bir iş, atılan hər bir addım gələcək nəslin daha effektiv və məqsədəuyğun təhsilinin başlanğıcıdır.

Ədəbiyyat.
1. Afət Süleymanova. Müasir kurikulumlarda yeni təlim yanaşmalarının tarixi kökləri. // “Kurikulum” jurnalı, Bakı, 2008, N°2, səh. 43.
2. Mehrabov A.O. Muasir təhsilin konseptual problemləri, Bakı, 2010, səh. 59-69.
3. Абдурагимова, З.М. Формирование информационно-коммуникационной компетентности студентов через научно-исследовательскую деятельность. / З.М.Абдурагимова // Материалы XII Международной научно-методической конференции «Физическое образование: проблемы и перспективы развития», посвященной 90–летию со дня рождения С. Е. Каменецкого. Часть 2. – М.: МПГУ, 2013. – С.170-173. (0,31п.л.).

Gələcək peşə fəaliyyəti müəllim olan tələbələrdə İKT -kompetensiyasının
formalaşdırılması

Bəşirov Mirnamik Mirəhmədağa oğlu,
Dosent, Lənkəran Dövlət Universiteti, AZ4200, H.Aslanov prospekri, 50.
e-mail. mbashiro v@mail. ru

Xülasə
İşdə müasir dövrdə, gələcək peşə fəaliyyəti müəlim olan tələbələrdə “İKT kompetensiya” verilmiş, İKT kompetensiyanın mahiyyəti açıqlanmışdır. Məqalədə tələbələrdə İKT kompetensiyanın formalaşdırılması zərurəti, bu prosesə verilən tələblər açıqlanmış, ümümi İKT kompetensiyanın, müəllimin İKT kompetensiyasının formalaşması kriteriyaları verilmişdir.
Açar sözlər: İKT, fizika, müəllim, kompyuter, kompetensiya, səriştəlilik, metod, forma, kredit, bakalavr, təhsil standartları, tədris prosesi, universitet təhsili.
EmilMeherremli
Salamlar.Bunu Beyendim, Lakin Cox yox.
  • 4 fevral 2017 17:13
  • Status: İstidafəçi xətdə deyil