KitabYurdu » Məqalə » Biz Niyə Qorxuruq?


Şeçilmişlər Biz Niyə Qorxuruq?

Biz niyə qorxuruq?

Biz qorxunu çox  vaxt məlumatsızlıqdan yaranan duyğu kimi qəbul edirik.  Məlumatsızlığımız  tanış olmayan yad cismdən, mühitdən, hərəkətlərdən qaynaqlana bilər. Amma bu gün bizi qorxudan məsələlər arasında ən çox ümidsizliyin və uğursuzluğun yaratmış olduğu pis əhval ruhiyyə, bədbinlik, pessimizdir ki, son zamanlar bu kimi hallar artmaqdadır. Qorxunu idarə etmək mümkündürmü? Necə edək ki, qorxularımız bizi üstələməsin? Qorxmaq nə qədər vacibdir? Bu kimi suallara cavab tapmağ çalışaq. Əvvəla qeyd edim ki, müasir dildə həmçinin fobiya termini də qorxu ilə oxşar mənada istifadə edilir.  Çox qəribə fobiyalar vardır: pelidofobiya — keçəllərdən qorxmaq, alektrofobiya — toyuqlardan qorxmaq, triskaidekafobiya — 13 rəqəmindən qorxmaq, fobofobiya — qorxmaq qorxusu və s. 

Alman filosofu İ.Kant qorxuları təbiətin ilkin qanunu, təbii şəkli hesab edirdi. Onun fikrincə qorxular bizi ətraf aləmlə uyğunlaşmağımıza və istək, arzularımız həyata keçirməyə kömək edir. Aşağıdakı fikirlərə nəzər salaq: 

“Qorxular yuxu kimidir. Biz yuxuda öz arzularımız həyata keçirməyə çalışırıq və ya arzularımıza çatırıq. Qorxular da bizə arzularımıza çatmağa kömək edir...” 

Fyodor Mixayloviç Dostoyevski bir zamanlar demişdi: “Bir çox insanlar üç şeydən – güvənmək,həqiqəti demək və özü olmaqdan qorxur.” Həqiqətən də,bu günkü cəmiyyəti və sırf öz hisslərinizi düşündükdə bu sözlərin nə qədər həqiqət olduğunu anlaya bilərsiniz. Bəs bunun səbəbləri nədi və biz bununla necə mübarizə apara bilərik. 

İnsanlara inanmaqdan qorxuruq. Bu bizim həyatımızın rəngini monoton şəkildə dəyişir.  Özünə qapılmaq, stress, depresiya bu qorxunun fəsadları ola bilər.  Qorxu həm də enerji olduğu üçün, bu enerjini çox vaxt düzgün şəkildə istifadə etmədiyim zaman düşüncələrimiz də bizi yarı yolda qoyur. Bu barədə Freyd öz qeydlərində yazır: “ Qorxu enerjisini dünyadan kənara çıxarmaq olar. Bu bizi daha çox informasiya əldə etməyə, bilikli olmağa, məlumat toplamağa kömək edər...” 

Hegel isə qorxuları qəbul etməyi vacib hesab edirdi. “Qorxuları hava kimi içinizə qəbul edin. Sonra isə qəfəsdəki quş kimi azadlığa buraxın...”

Y.V. Şerbatıx qorxuları aşağıdakı təsnifatlara bölmüşdür. Professor bütün qorxuları aşağıdakı üç qrupa ayırmışdır: sosial, bioloji, ekzistensial.

Bioloji qrupa o birbaşa insan həyatı üçün təhlükə ilə bağlı olan qorxuları aid etmişdir. Sosial qorxular qrupuna isə o sosial status çərçivəsindəki qorxu və şübhələri daxil etmişdir. Ekzistensial qorxular qrupunu alim insan mahiyyəti ilə əlaqələndirmişdir, hansı ki bütün insanlarda qeyd olunur. Bütün sosial qorxuları, insanı cəmiyyət qarşısında nüfuzdan sala biləcək və onun özünə inam hissini azaldacaq situasiyalar yaradır. Onlara ictimaiyyət qarşısında çıxışlar qorxusu, məsuliyyət və sosial əlaqələr aiddir. Ekzistensial qorxuları insanın intellekti ilə əlaqələndirirlər və onlar refleksiya (həyat problemləri, ölüm və insanın bu dünyada mövcudluğu ilə bağlı məsələlər haqqında düşüncələr) nəticəsində yaranır. Məsələn, bu, zaman, ölüm və insan həyatının mənasızlığı və s. qarşısında olan qorxudur. Bu prinsipə əməl etsək: yanğın qorxusunu bioloji, səhnə qorxusunu – sosial, ölüm  qorxusunu isə ekzistensial kateqoriyaya aid edə bilərik.

Bundan başqa, qorxunun ara formaları da mövcuddur, hansı ki iki qrupun tam ortasında dayanır. Onlara xəstələnmək qorxusunu da aid edirlər. Bir tərəfdən  xəstəlik iztirab, ağrı, zədə (bioloji amil) gətirir, digər tərəfdən isə sosial amil (cəmiyyət və kollektivdən ayrılma, adət olunmuş fəaliyyətin dayandırılması, gəlirlərin azalması, kasıbçılıq, işdən qovulma) daşıyır. Buna görə də, bu vəziyyəti bioloji və sosial qrupların sərhədinə, təbii və süni su hovuzlarında çimmək qorxusunu bioloji və ekzistensial qorxu qruplarının sərhədinə, yaxınları itirmək qorxusunu isə bioloji və ekzistensial qrupların sərhədinə aid edirlər. Qeyd etmək lazımdır ki, hər bir fobiyada hər üç komponent müşahidə olunur, lakin onlardan biri dominant rol oynayır.

İnsanlara təhlükəli heyvanlardan, bəzi situasiyalardan və təbii hadisələrdən qorxmaq xasdır və bu normaldır. İnsanlarda bu səbəblərdən yaranan qorxular reflektor və irsi xarakter daşıyır. Birinci halda təhlükə neqativ təcrübəyə əsaslanır, ikincidə isə genetik səviyyədə həkk olunub. Hər iki hal ağılı və məntiqi idarə edir. Təxmin edilir ki, bu reaksiyalar öz faydalı əhəmiyyətini itiriblər və buna görə də, insana dolğun və xoşbəxt həyat yaşamağa kifayət qədər güclü maneəçilik törədirlər. Məsələn, ilanlara qarşı ehtiyatlı olmağın mənası var, lakin xırda hörümçəklərdən çəkinmək artıq axmaqlıqdır; şimşəkdən əsaslı olaraq qorxmaq olar, amma heç bir zərər verməyə qadir olmayan göy gurultusundan qorxmaq mənasızdır. Bu cür fobiyalar və narahatçılıqlar olduqda insanlar öz reflekslərini yenidən qurmalıdırlar.

Tural Cəfərli

Mahammad Mammadov
Bir xirda horumcekden cekinmeye gore insanlari axmag adlandirmag Olmaz.
  • 14 fevral 2021 02:57
  • Status: