Avropanın Taleyin Həll Edən Türk!
370 – ci il . Bir qrup köçəri türk tayfaları qərbə doğru hərəkət edir. Onlar çox qorxunc , döyüşkən və ən əsası hər şeyi güclə əldə etməyi sevirdilər. Bu tayfaları ümumi ” Hun” adlandırılar. Əslində bu tayfaların özlərini necə adlandırması bu gün tarixşünaslığa məlum deyil. Bu termin ilk dəfə 1926 – ci ildə işlənmişdir. Hun sözünün ilk variantını Atillanı şəxsən görən Bizans səfiri Prisk ” Uni” şəklində işlədib . Priks yeganə şəxsdir ki , Atilla və hunlar haqqında real məlumatlar yazmışdır .Ondan sonra Yepiskop İordan, Amian Marseli , M. Komit və başqaları məlumat vermişilər. Hunlar böyük tarix yaratsalar da , özlərindən sonra arxeoloji tədqiqatlar üçün lazım olanları qoymamışlar . Məhz bu amil onlar haqqında geniş danışmağa imkan yaratmır. Hunların yazısı olmadığı üçün biz onlar haqqında yalnız onların düşmənlərindən məlumat ala bilirik. Hunların ən böyük sərkərdəsi Atillanının qəbrinin bu günə kimi tapılmaması işi biraz da , çətinləşdirir. Macarıstan ərazisində tapılan çox nadir arxeoloji nümunələr və skletlər hunların Asiya kökənli olması faktını bir qədər isbatlayır. DNT analizi nəticəsində məlum olmuşdur ki , hunlar monqoloid irqinə mənsub olmuşlar . Onların dili haqqında heç bir mənbədə məlumat yoxdur. Hunların vətəni haqqında yalnız Amian Marseli məlumat vermişdir. Onun sözlərinə görə hunalar Qara Dəniz sahilində yaşayıblar . Müasir tarixçilərin bəziləri hunları e.ə 220 – ci ildə Çin sərhədlərində dövlət yaratmış Xunnilərin ( Hun və ya quan , qun kimi Çin mənbələrində qeyd edilir) nəsillərindəndir. 2010 – ci ildə Qazaxıstanda Altın Kazğanda aparılan arxeoloji qazıntılar zamanı hunlara aid bəzək əşyaları tapıldı . Tədqiqatçılar hunların bir mənalı olaraq Asiya kökənli olmasını təsdiq etmək istəsələr də , sonra tapılan insan sümükləri hunlara aid olmadığını və hunlardan 7 əsr sonra yaşadığı qənaətinə gəlmişlər . Oradan tapılan əşyaların ora necə düşdüyünü bu günə kimi tədqiqatçılar cavablandıra bilməyiblər . Hunaların ən böyük sərkərdəsi Atilla olmuşdur. Düşmənləri onu aşağılamaq üçün onun haqqında müxtəlif fikirlər uydurulmuuşlar. German mənbələrində qeyd edilir ki , guya Atilla itlə cinsi əlaqədə olan qadından əmələ gəlib . Ona görə də , onu itbaşlı təsvir edirlər. Hunalar Avropanın qədim sakinlərini elə qorxutmuşlar ki , onlar Atilla kimi bir müdrik rəhbəri dəyərləndirə bilmirdilər .
Tarixçi Marselli Komit yazır ki , Atillanın 447 ci ildə Konistantinapola olan yürüşü , 441-442 ci ildə olan yürüşündən dəfələrlə təhlükəli idi. Atilla Ratiarini tudu , daha sonra Konistantinapola doğru yeridi , o qısa zamanda bütün Avropanın toz içindı boğdu.Bununla yanşı Prisk qeyd edir ki , 437 ci ildə Atilla və Bleda Reyn çayı sahilində 20 min burqundu bir anda məhv etdi. Kallini həmçinin vurğulayir ki, hunlar 100 Avropa şəhərini işğal etmişdilər. Üzün illər bu kimi hadisələr baş verdi . Atilla La-Manş boğazından , İdil ( Volqa ) çayına kimi böyük ərazilərə sahibləndi .
450 – ci il , Şərqi Avropa . Atilla bütün Avropanı uzun illərdir qorxu altında saxlayır . Ona qarşı baş verən sui-qəsdin üstü açılır . Bunun üçün Atilla bu işdə əli olan Bizans imperatorunu təhqir edir . Artıq şərqə yürüşü dayandırıb , qərbə doğru german tayfaları üzərinə hücum etmək qərarına gəlir. Bundan sonra Atilla 35 minlik qoşunla Qərbə doğru hərəkət edir . Amma hədəf Roma deyildi. Barbar tayfaları məğlub etmək və çoxlu qızıl əldə etmək idi. Bütün Avropa onun əlindən bezmişdir. Atillanın Roma sərhədlərində olduğunu eşidən imperator , bütün barbar tayfaları birləşməyə dəvət etdi. Həmin dövrdə vandallarının şimali Afrikaya yürüşü nəticəsində Roma ordusu Afrikanı tərk etmişdir. Artıq Atillaya qarşı bütün Avropa birləşmişdir. Romanın başçılığı ilə bütün xalqlardan toplanan qoşunun sayı ümumilikdə 200 mini keçmişdir. Atillanın düşərgəsində vəziyyət fərqli idi. Tanrı Qırmancı ümid edirdi ki , barbar tayfalar yenə ona təslim olacaqlar. Amma bu dəfə hər şey fərqli oldu. Atilla gözlədikcə onun qida ehtiyatı azalırdı. Orduda fərarilik halları çoxalmışdır.
451 – ci il Orlean. Atillanın düşərgəsində vəziyyət acınacaqlı idi . Qoşun təmiz əldən düşmüş , qida tükənmiş , 35 minlik ordudan 30 min qalmışdır.Hunların tərəfində yalnız sarmatlar qalmışdılar. Digər Avropa tayfaları onları qarşı çıxır və Roma tərəfindən təşkil edilmiş orduya qoşulmuşlar . Bu zaman gözlənilmədən Aetsin ( Hunların 10 il əsri olmuşdur) başçılığı ilə Avropa ordusu Orleana daxil oldu. Bunu görən hunlar və sarmatlar Atillaya geri çəkilməyi tövsiyə etdilər . Amma Atilla keçmiş ” dostu ” nun qabağından qaça bilməzdi. Marseli Komit yazır : Orleanda Avropanın taleyi həll olunurdu. Atillanın əsas məqsədi Aetsin qərarlaşdığı təpəni götürmək idi. Ancaq sarmatların ilk həmləsi uğursuz oldu. Bunu görən Atilla təxminən 15 minlik qoşun qarşısında bu nitqi söylədi :
– Biz bu ana kimi bu torpaqlarda saysız qələbələr qazanmışıq . Ancaq bu gün onlar birlikdə üstümüzə gəlir. Siz burda öz ölmünüzü gözləyə bilərsiniz . Ancaq mən onların üzərinə gedəcəm. Sonunu düşünən qəhrəman olmaz . Sözlərin bitirib hücuma keçir .
İordan bu haqda yazır : Atilla hücuma keçdi və döyüş fasiləsiz bir gün davam etdi . Hunlar təpəni azad etdi. Atilla döyüş zamanı özünə yol açaraq Avropa qoşunlarının dərinliklərinə gedirdi. O , Aets deyə qışqırırdı. Atilla Aetslə döyüşmək istəyirdi. Ancaq həmin an bu baş vermədi. Əvvəllər Atilla Aetsin dəfələrlə məğlub etmiş və onu öldürməyib , bağışlamışdır . Bu zaman onun gözlərinə təpənin yan tərəfdən döyüş meydanına yaxınlaşan ehtiyat 100 minlik ordu görsəndi. Atilla buna rəğmən döyüşü hava qaralana kimi apara bildi. Hunlar dəfələrlə az olsalarda əsl qəhrəman kimi döyüşürdülər. İordan yazır : Hunlar oxla o qədər dəqiq atəş açırdılarkı Roma qoşunu hərəkət edə bilmirdi. Bir hun oxçusu 1 dəqiqəyə 30 dəfə atəş açırdı . Yaxınlığındakı çayın suyu qanla dolmuşdu. Hətta döyüşdən bir neçə gün sonra çayın suyu durulmamışdır.Bu döyüşün canlı şahidlərinin dəhşətə gətirmişdir. Döyüş meydanında məşhur vestqot sərkərdəsi Alarix tikə – tikə doğramışdırlar. ( Bir zamanlar Alarix Romanı özünə tabe etmişdir ) Gecə tamam əldən düşmüş kiçik qoşun düşərgəni tərk etdi. Döyüş nəticəsiz başa çatdı..
Amma müharibə Atilla üçün bitmişdir. O döyüşdən sonra ölüm tonqalın qalanmasını istəyir . Ancaq buna imkan vermirlər. Bu döyüşdən sonra ” Atilla məğlub edilməzdir ” ifadəsi süqut edir. Hunların 80 illik ağalığı sona çatır . Ancaq Atilla və hunlar böyük bir tarixin banisi oldular. O zamanlar Avropada elə bir qulaq yox idi ki , Atilla Hun sözünü eşitməsin. Hunlar bir əsr Avropanın siyasətini müəyyən etdilər. Məhz onların sayəsində bir çox Avropa xalqları qitəni tərk etmək məcburiyyətində qalmışdır. Əbəs deyil ki , bu gün Avropada uşaqı qorxutmaq üçün ” hun gəlir ” ifadəsi işlənməkdədir.