Petroqrafiya haqqında
Petroqrafiya süxurlar haqqında elmdir. Süxurların öyrənilməsi həm çöl, həm də laboratoriya şəraitində aparılır.
Çöl şəraitində süxurların təyini ilə yanaşı onların yatım formaları, əmələgəlmə yolları, yaşı, hansı süxurlarla təmasda olmaları, kütlələrin ölçüləri, süxurların çatlığı, struktur və teksturun formaları öyrənilir.
Laboratoriya şəraitində süxurlardan hazırlanmış şliflərdən istifadə edərək, polyarizasiya mikroskopu vasitəsilə mineralların optik parametrlər- sındırma əmsalları (nisbi və mütləq), relyefi, ayrılması, pleoxroizmi, interferensiyaları və digər xüsusiyyətləri öyrənilir. Yüksək dəqiqliyə malik kristallooptik parametrlər vasitəsilə süxurun adı, mineraloji tərkibi, yaranma yolu müəyyən edilir. Süxurların belə dəqiq təyini onlarla əlaqədar olan filiz və qeyri-filiz yataqlarının müəyyən edilməsində, onların ehtiyatının hesablanmasında böyük əhəmiyyət daşıyır.
Petroqrafiya elmi geologiya, mineralogiya, stratiqrafiya, tektonika, kimya, fizika və digər elmlərlə sıx əlaqədardır. Petroqrafiya tətqiqatlardan alınan məlumatlara əsaslanmadan faydalı qazıntı yatağının istismarı mümkün deyil. Odur ki, hər bir faydalı qazıntı yatağının istismarı mümkün deyil. Odur ki, hər bir faydalı qazıntı yatağının axtarışı onun süxurlarının ətraflı petroloji tədqiqi ilə başlamalıdır.