Bu mühazirələrt toplusunda PC və onun quruluşu, Say sistemləri və ölçü vahidləri, Ana plata və onun əsas xüsusiyyətləri, Prosessor və onun əsas göstəriciləri, RAM və onun xüsusiyyətləri, CRT və LCD monitorları, Sərt disklər və “interface”-lər, BIOS və onun xüsusiyyətləri, Yaddaş qurğuları, Şəbəkə qurğuları, Giriş və çıxış qurğuları, Video və audio adapterlər mövzularına dair mühazirə mətnləri toplanmışdır.
Professional kompüter mütəxəssisi olmaq uçün minlərlə hissələrin iş prinsipini və xüsusiyyətlərini bilmək tələb olunur. Bildiyimiz kimi komputerlər 100-lərlə hissələrdən ibarətdir. Onlar isə öz növbəsində bir-birlərindən xüsusiyyətlərinə, formalarına, birləşmələrinə və s. görə fərqlənirlər. Bu bölmədə, siz tipikal PC –nin əsas komponentləri ilə yaxından tanış olacaq və onların əsas funksiyalarını öyrənəcəksiniz. Siz həmçinin bütün növ əlaqələndiriciləri və yuvaları tanıyacaq, istənilən hissənin hansı yuvaya və ya əlaqələndiriciyə qoşulacağını biləcəksiniz.