KitabYurdu » Mühazirə » Kimya » Lak boya


Şeçilmişlər Lak boya

Lak boya PDF
ADI:
Lak boya
REYTİNQ:
  • +22
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2019
ÖLÇÜSÜ:
581 KB
Örtük əmləgətirici maddələr - lak-boya materiallarının əsas komponentləridir. Lak-boya materialları möhkəm səth üzərinə çəkildikdə bu materiallar örtük əmələ gətirmə qabiliyyətini təmin edirlər. Sintetik örtük əmələgətirici maddələr təbii örtük əmələgətirici maddələrə nisbətən daha çox əhəmiyyət kəsb edirlər. Belə ki, təbii örtük əmələgətirici maddələrlə müqayisədə sintetik örtük əmələgətirici maddələr əsasında daha stabil və müxtəlif göstəricilər kompleksinə malik örtük almaq olur. Üzvi örtük əmələgətirici maddələrlə yanaşı, element - üzvi örtük əmələgətirici maddələr, xüsusən də silisiumYMB-lərə tərkibli üzvi polimerlərə olan maraq artmaqdadır. Əksər örtük əmələgətirici maddələr xətti, yaxud şaxələnmiş quruluşa malik reaksiya qabiliyyətli oliqomerlərdir (alkid, fenol formaldehid, poliefir və epoksid oliqomerləri, və s.). Örtük əmələgətirici kimi, adətən, tərkibində reaksiya qabiliyyətli qrup (nitrosellüloz, termoplastik poliakrilatlar, perxlorvinil oliqomerləri, xlor tərkibli polimerlər və s.) saxlamayan nisbətən aşağı molekul kütləli YMB istifadə olunur. Toz halında olan boyalarda örtük əmələgətirici funksiyasını yüksək molekul kütləli YMB-lər, məsələn, polivinilbutiral yerinə yetirir. Örtük əmələgəlmə prosesinin xarakterindən asılı olaraq örtük əmələ gətirici maddələr iki sinfə bölünür.[5] -Çevrilməyən (bərkiməyən, termoplastik, dönən) -Çevrilən ( bərkiyən, termoreaktiv, dönməyən) Birinci növ örtük əmələgətiricilər quruduqda kimyəvi çevrilməyə məruz qalmır və suyun, üzvü həlledicinin buxarlanması kimi fiziki proseslər nəticəsində örtük əmələ gətirir. Çevrilən örtük əmələgətirici maddələr isə makromolekulun tərkibində funksional qruplar (hidroksil, karboksil, epoksid, amin qrupları, ikiqat rabitələr) saxlayır və polikondenşləşmə, yaxud polimerləşmə kimi kimyəvi proseslər nəticəsində örtük əmələ gətirirlər. Örtük əmələgətirici maddə aşağıda sadalanan ümuni göstəricilərə malik olmalıdırlar:
 - müdafiə olunan səthi yaxşı islatma qabiliyyətinə malik olmalı, həmin səthdə həm asanlıqla, həm də bərabər paylanmalıdır;
- tərkibində metalın korroziyasına səbəb ola bilən suda həll olan maddələr saxlamamalıdır. Otaq və yaxud yuxarı temperaturlarda (80-200°C) qısa müddət ərzində (bir neçə dəqiqədən sutkaya qədər) qurumalıdır. Piqmentləşdirilmiş lak-boya materiallarında (boyalarda, şpatlyovkalarda) örtük əmələgətirici maddə, həmin piqment və doldurucu hissəciklərinin səthini yaxşı islatmalı bu hissəciklərdə adsobsiya edərək, dispers mühit yaratmalı və əlaqələndirici rolunu oynamalıdır. Yüksək molekullu polimerlərin (polivinilasetat, stirol butadienlə birgə polimerinin və s.) sulu disperlərinin (latekslərin) tətbiqi üzvi həllediciləri kənarlaşdırmaqla yanaşı, həm də tərkibində 50-60% quru qalıq olan sistemlərin alınmasını təmin edir (emulsiya boyası). Örtüklərin əsas göstəriciləri - səthə adgeziya, bərkliy, dartılma və əyimədə möhkəmliy, nəm keçirmə, tempuratura davamlılıq və s. kimi göstəriciləri müvafiq kimyəvi tərkibli örtük əmələgətirici maddə istifadə etməklə, yaxud örtük əmələgətirici maddəni modifikasiya etməklə tənzimləmək olar. Belə ki, örtük əmələgətirici maddənin makromalekulunda olan polyar qruplar örtüyün metal səth üzərində yaxşı adqeziyasını təmin edir. Örtük əmələgətirici maddənin makromalekulunda benzol, triazin, yaxud digər tsikllərin olması isə örtüyün bərkliyini, temperatura davamlılığını təmin edir və eyni zamanda onların elastikliyinin azalmasına səbəb olur.