Bu mühazirələr toplusunda Natural ədədlər, natural sıra. Riyazi induksiya metodu. Müxtəlif say sistemləri. Sistematik ədədlər. Sadə və mürəkkəb ədədlər. Bölünmə əlamətləri. Mürəkkəb ədədin bölənlərinin sayı ƏKOB və ƏBOB. Dövrü onluq kəsrlər və dövrü olmayan onluq kəsrlər. Kompleks ədədlər. Muavr düsturu. Cəbri və transendent ədədlər. Birdəyişənli və çoxdəyişənli çoxhədlilər. Tam rasional, kəsr rasional, irrasional, üstlü və loqarifmik ifadələrin eynilik çevrilməsi. Triqonometrik və tərs triqonometrik ifadələrin eynilik çevrilməsində tətbiqləri. Tənlik anlayışı. İkihədli, üçhədli. Simmetrik və qayıtma tənliklərin həlli. Tam rasional əmsallı irrasional üstlü və loqarifmik tənliklər. Triqonometrik tənliklər. Bircins, asin x + bcosx = c şəklindəki tənliklərin həlli. Dəyişəni tərs triqonometrik funksiya işarəsi daxilində olan triqonometrik tənliklərin həlli. Bərabərsizliklər. İrrasional, üstlü loqarifmik və triqonometrik bərabərsizliklərin həlli. Birləşmələr nəzəriyyəsi. Təkrarlı və təkrarsız arenjimanlar, permutasyon, kombinezon və onların tətbiqləri mövzularına dair mühazirə mətnləri toplanmışdır.