KitabYurdu » Mühazirə » Tarix » İmran Verdiyev: "Yaqublu kəndi və onun məktəbi"


Şeçilmişlər İmran Verdiyev: "Yaqublu kəndi və onun məktəbi"

İmran Verdiyev: "Yaqublu kəndi və onun məktəbi" PDF
ADI:
Yaqublu kəndi və onun məktəbi
REYTİNQ:
  • +6
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2022
ÖLÇÜSÜ:
3.9 mb

Bu kitabda yeni tarixi mənbələr və konkret faktlar əsasında Azərbaycan Respublikasının Oğuz rayonundakı Yaqublu kəndinin coğrafi mövqeyi və təbiəti, kəndin tarixi və adının etimologiyası, kənd əhalisinin tarixi və say dinamikası, kəndin iqtisadiyyatı, sosial-mədəni həyatı, yaradıcı şəxsiyyətləri, yaqubluluların müstəqillik uğrunda mübarizə illərində, I və II Qarabağ müharibələrində göstərdikləri fədəkarlıqlarından; kənd məktəbinin tarixi, burada işləmiş müəllimlər və onların qabaqcıl iş təcrübəsi, təlim-tərbiyə sahəsində görülmüş işlər, əldə edilmiş nailiyyətlər və məzunların uğurlarından bəhs olunur. Kitab geniş oxusu kütləsi üçün nəzərdə tutulmuşdur. 

Hörmətli oxucu ! Oğuz rayonunun Yaqublu kəndi və onun məktəbi haqqında ilk kitablarımızın çap olunmasından təxminən 20 ilə yaxın bir vaxt keçmişdir. Yəqin ki, Sizi yenidən bu mövzuya qayıtmağımızın səbəbləri maraqlandırır. Ona görə nəzərinizə çatdırırıq ki, ötən dövr ərzində Yaqublunun tarixi, onun adının etimologiyası, əhalisinin tarixi və say dinamikası, məktəbinin tarixi və keçdiyi inkişaf yolu barədə xeyli yeni tarixi mənbələr və faktlar aşkar olunmuş, kənddin iqtisadiyyatında, sosial-mədəni həyatında, kənddə təhsilin inkişafında önəmli hadisələr baş vermişdir. Qeyd etdiklərimiz bizi yenidən hamımıza doğma olan Yaqublu kəndi və onun məktəbi barədə yazmağa, olub-bitənləri tarixin yaddaşına köçürməyə və bu barədə möhtərəm oxuculara, yəni sizlərə informasiyalar çatdırmağa sövq etdi. Ümid edirik ki, “Yaqublu kəndi və onun məktəbi” kitabı Sizin üçün maraqlı olacaqdır. Kitabın araya-ərsəyə gəlməsində bizə yardımçı olmuş hörmətli alimlərimiz pedaqogika üzrə fəlsəfə doktoru, ADPU-nun Şəki filialının elmi-metodiki işlər üzrə direktor müavini, dosent Çələbiyev Nuralı Zərbalı oğlu və kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru, Oğuz rayonundakı Kərimli kənd A.Əfəndiyev adına tam orta məktəbin direktoru Camıyev Sahib Camı oğluna; Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin Oğuz bölməsinin sədri, Oğuz rayonundakı Xaçmaz kənd 8 M.F.Axundov adına tam orta məktəbin direktor müavini Əlfiyev Vüsal Dünyabir oğluna (Vüsal Oğuza), Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Oğuz rayonunda çıxan “Oğuz yurdu” qəzetinin redaktoru Hüseynli Nazim İsa oğluna, AMİ-nin məzunu, tarixcoğrafiya müəllimi, Yaqublu kənd sakini İsayev Səid Şahin oğluna, ADPU-nun filologiya fakültəsinin tələbəsi Verdiyeva Sevda İmran qızına, Türkiyənin İstanbul, Ankara və Bilkent Universitetlərində kompüter elmləri, latın və ingilis dilləri ixtisasları üzrə təhsil almış, hazırda BNE IntelliNews xəbər agentliyinin Azərbaycan üzrə reportyory, “Daily Caucasian Albanian” həvəskar araşdırma layihəsinin yaradıcısı Cavidan Ağayevə (Cavid Ağaya); Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Sosial-Psixoloji Xidmət ixtisasını bitirmiş, hazırda SABAH magistratura proqramı çərçivəsində Tədrisin və Təlimin Təşkili və Metodikası ixtisası üzrə magistratura təhsili alan, həmçinin “Oğuz Historical həvəskar araşdırma” layihəsinin yaradıcısı S.Nəsibzadəyə; Oğuz rayonundakı Yaqublu kənd T.Babayev adına tam orta məktəbin hörmətli müəllimləri İradə Vahabovaya, Aygün Atakişiyevaya və Xalidə Heydərovaya; kitabın çap olunmasında bizə yardımçı olmuş fədakar və təəssübkeş şagirdlərimiz Alay İsayevə, Tarel İsayevə, Rəhim Kazımova, Gündüz İsayevə və Səhhət İsayevə dərindən təşəkkür edirik.

Kitab nədən bəhs edir ?