KitabYurdu » Mühazirə » Tibb » Əməyin mühafizəsi və Təhlükəsizliyi


Şeçilmişlər Əməyin mühafizəsi və Təhlükəsizliyi

Əməyin mühafizəsi və Təhlükəsizliyi PDF
ADI:
Əməyin mühafizəsi və təhlükəsizliyi
REYTİNQ:
  • +19
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2019
ÖLÇÜSÜ:
1 mb
Dərs vəsaiti “Əməyin mühafizəsi və təhlükəsizliyi” fənnindən laboratoriya işlərini yerinə yetirən ali məktəb tələbələrinə kömək məqsədi ilə yazılmışdır.Dərs vəsaitindən ali məktəb tələbələri,kollec,litsey,peşə məktəblərinin müəllimləri və tələbələri də istifadə edə bilərlər.Dərs vəsaiti geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
İnsanların sağlamlığını qorumaq, onlar üçün təhlükəsiz əmək şəraiti yaratmaq, peşə xəstəlikləri və istehsalat zədələnmələrini ləğv etmək kimi məsələlərə dövlətimiz tərəfindən xüsusi diqqət yetirilir. Əməyin mühafizəsi və təhlükəsizliyi fənninin vəzifəsi bədbəxt hadisələri və peşə xəstəliklərini törədən səbəblərin təhlilindən, texnoloji proseslərin, avadanlığın və nəhayət, əmək və istehsalat şəraitinin tədqiqindən ibarətdir. Yeni iş yerlərinin açılması, istehsalatda yeni texnologiyaların tətbiqi, bununlada yeni peşə risklərinin meydana gəlməsi və risklərin idarə olunması zərurəti əməyin mühafizəsinə daha geniş aspektdən baxılmasını tələb edir. Əməyin mühafizəsi və təhlükəsizliyi kursu gələcək müəllimləri əmək prosesində şagirdlərin sağlamlığını qoruya bilən, tədris, tərbiyə və peşəyönümünə aid bilik və bacarıqlarla silahlandırır. Bu fənni öyrəndikdən sonra tələbələr əmək qanunvericiliyinin əsaslarını, bu sahədə dövlətimizin mühüm qərarlarını, təhsil müəssisələrində əmək mühafizəsi işlərinin təşkili qaydalarını müəyyən edən normativ aktları, əsasnamə, norma və təlimatları, əmək təhlükəsizliyi və istehsalat sanitariyasını, yanğın profilaktikasının əsaslarını bilməli və aldığı bilikləri praktikada tətbiq etməyi bacarmalıdır. Bu metodik vəsait əməyin mühafizəsi və təhlükəsizliyi fənni üzrə laboratoriya işlərini yerinə yetirən ali pedaqoji universitetlərin tələbələrinə kömək məqsədilə yazılmışdır. Laboratoriya işləri ali pedaqoji universitetlərdə tədris olunan “Əməyin mühafizəsi və təhlükəsizliyi” fənni üzrə dövlət proqramı əsasında tərtib olunmuşdur.