“İstəyib-istəmədiyimi doğru dürüst bilməliyəm, lakin nəticədə əleyhimə olarsa istəməmdiyimi iddia etdiyim bu istəklərimin cavabdehini tapmışdım: Buna İçimdəki Şeytan adını vermişdim. Müdafisəini üstümə almaqdan qorxduğum bütün davranışlarımı onun üstünə atır və öz üzümə tüpürəcəyim yerdə, haqsızlığa, təsadüfə rastlamış bir məzlum kimi nəfsimi şəfqətə layiq görürdüm. Halbuki nə şeytanı əzizim, nə şeytan? Bu bizim qürurumuzun və axmaqlığımızın uydurmasıdır...”
“İçimizdəki Şeytan” türkiyəli yazıçı Sabahattin Alinin ən sevilən əsərlərindən biridir. Müəllifin psixoloji təhlilləri olduqca uğurlu aparması səbəbi ilə əsər ölkəmizdədə geniş oxucu auditoriyası tərəfindən sevilərək oxunur.
Əsər, iki universitet tələbəsi olan Ömər və Nihadın söhbəti zamanı, Ömərin bir gənc qızı görməsi ilə başlayır. Ömər qızı itirməmək üçün gözünü ondan ayırmayaraq arxasınca düşür. Bu zaman Nihad da nəsə bir pis bir şeyin baş verəcəyini hiss edərək gizlincə Ömərin arxasınca gedir. Ömər qızı səsləmək istəyərkən qızın yanındaki yaşlı bir qadının onu adını çağırmasını eşidir. Bu yaşlı qadın uzaq qohumları olan Əminə xaladır. Ömərin diqqətinin qızda olmasını yaşlı qadın başa düşmür. Əminə xala qızın adının Məcidə olduğunu və Balikesir şəhərində musiqiyə olan xüsusi marağını öyrənərək İstanbula gətirdiyini deyir.
Məcidə Balıkesirdə orta məktəbə gedərkən musiqi bacarığı və marağı musiqi müəllimləri tərəfindən fərq ediləndən sonra məktəb sonrası qıza dərs verməyə başlayırlar. Bu zaman müəllimi Bedri bəy ilə aralarında bir şey olduğu barədə dedi-qodular gəzməyə başlayır. Bu dedi-qodu onları bir-birindən uzaqlaşdırmaq əvəzinə aralarında bir bağ yaranmasına səbəb olur. Lakin Bedri müəllim həmin ilin sonunda Balıkesirdən İstanbul şəhərinə köçür.
Əminə xala onlara qonaq gedən zaman musiqi bacarığının olmasını öyrənir. Məcidənin ana və atasını razı salaraq onu İstanbula konservatoriya oxumağa gətirir. Əminə xalanın həyat yoldaşı Qalib bəy bu hala heç də sevinməsə də, qızın atasının hər ay göndərdiyi 40 lirə onu susdura bilir.
Ömər, Əminə xala və Məcidənin yanından ayrılandan sonra Nihad ona çataraq Öməri qəhvəxanaya aparır.
Ömər axşam Əminə xalanın evinə getsə də heç kimin yaxşı olmadığını görür. Balıkesirden Məcidənin atasının ölməsi xəbəri gəlmişdi. Məcidə otağına qapanaraq çölə çıxmaq istəmir.
Ertəsi gün səhər Məcidə və Ömər yuxudan eyni vaxtda qalxır və hələheç kim oyanmadığından səhər yeməyini bir yerdə yeyirlər. Ömər evdən çıxan zaman Məcidəyə onu konservatoriyaya buraxmağı təklif edir. Təklifi qəbul edən Məcidə, dərsdən çıxan zaman da konservatoriyadan onu Ömərin götürməsini istəyir.
Məcidəni məktəbinə buraxan Ömər, poçtdaki işinə gedir. Nahar etdikdən sonra yenidən Məcidəni dərsdən götürməyə gedir. Bir yerdə evə getdikləri zaman Ömər yolda qıza qarşı olan hisslərindən bəhs edir. O gündən sonra hər axşam bərabər gəzməyə başlayırlar. Lakin atasından gələn 40 lirə kəsildiyi üçün evdəkilər bundan rahatsız olmağa başlayırlar. Məcidə axşam evə gələndə hər şeyi öyrənmiş olur. Qüruru tapdanılan Məcidə, həmin axşam çantasını toplayaraq evdən ayrılır. Lakin hara gedəcəyi barədə heç bir fikri yoxdur. Həmin gün bir tərslik olacağını hiss edən Ömər hələ də qapının qarşısından bir yerə ayrılmamışdır. Məcidəni öz evinə aparmağa qərar verir. O gündən sonra iki gənc ər-arvad olaraq həyatlarını davam etdirməyə başlayırlar. Lakin bir müddət sonra pulsuzluq problemi öz sözünü deməyə başlayır.
Ömər səhər poçta gedən zaman işindən dörd əllə yapışır. Xəzinədar Hafiz Əfəndi nahar vaxtı ona öz dərdini açır. Qohumu həbsə düşdüyündən xəzinədəki 250 lirəni götürməyə məcbur olmuşdur. Məhkəmə prosesi bitdikdən sonra bu pulu yenidən geri qaytaracaqdır. Lakin məhkəmə heç cür bitmək bilmir.
Ömər həmin axşam evə gedəndə Nihadın və Pr.Hikmət adlı bir tanışının onu gözlədiyini görür. Evləndiyini söylədiyi zaman tanışları onu təbrik edirlər. Lakin Məcidə heç də bu dostlardan xoşlanmır.
Dərdlər Öməri artıq çox sıxmağa başlamışdır. Siyasət ilə bağlı və təhlükəli yazılar yazan dostu Nihad, Ömərə xəzinədar Hafiz Əfəndiyə pullarla bağlı şikayət edəcəyi haqda xəbərdarlıq edərək ondan pul istəməsini məsləhət görür. Lakin Ömər bu fikri eşitdiyi andan etibarən rədd edir.
Pr.Hikmət bir axşam Ömər və Məcidəni bir məkan qonaq kimi dəvət edir. Pulsuzluqdan ciddi əziyyət çəkən Ömər, bu təklifi dərhal qəbul edir. Qonaqlıq əsnasında Məcidə Bedri ilə qarşılaşır. Bedri, bacısı xəstələnəndən sonra müəllimliyi buraxmış və müxtəlif məkanlarda piano çalmağa başlamışdır. Qəribə olan isə Bedri və Ömərin bir zamanlar yaxın dost olmaları və uzun müddət görüşə bilməmələri idi. O gecədən sonra bu iki dost yenidən tez-tez görüşməyə başlayırlar.
Bedri, hələ də Məcidəyə qarşı hissləri olsa da, bunu bürüzə vermək istəmir.
Bir axşam Ömər işdən evə geri qayıdan zaman Bedri və Məcidənni evdə işığı sönülü bir şəkildə qoyub susaraq oturduqlarını görür. Bundan sonra onları yanlış - əslində doğru anlayaraq Bedriyə qarşı qəzəblənir. Bedri oradan uzaqlaşdıqdan sonra Ömər masada oturaraq ağlamağa başlayır. Pulsuzluq onu çox sıxdığından Hafiz Əfəndidən şantajla 250 lirə alır, amma sonra pulu Nihada verir.
Baş verənlərin və etdiyi hərəkətlərin mənasına varan Ömər, üzür istəmək üçün Bedrinin evinə getməyə qərar verir. Bedri onu bağışlasa da, bundan sonra Məcidə ilə münasibətləri əvvəlki kimi yaxşı olmayacaq.
Bir axşam Nihad Ömər və Məcidəni bir xeyriyyə cəmiyyətinin əyləncə gecəsinə dəvət edir. Cütlük orada Pr.Hikmət və Bedri ilə qarşılaşır. Məcidə çox darıxsa da Ömərin hələ evə getməyə niyyəti yoxdur.
Məclis bitdikdən sonra bir kazinoya getməyə qərar verirlər. Məcidə də onu unudan həyat yoldaşının ardınca kazinoya sürünür.
Məcidə, bütün bu olanlardan sonra Ömər də daxil olmaqla hamıdan və hər şeydən diksinməyə başlamışdır. Axşam Ömər işdən evə dönməmişdən əvvəl uzun bir məktub yazaraq onu tərk etməyə qərar verir. O sırada içəri girən Bedri, Məcidəyə Ömərin tutulması xəbərini verir. Məcidə məktubu əlində tutaraq ağlamaqdan qızarmış gözlərini silməyə başlayır. Bedrinin təxminlərinin əksinə olaraq Məcidə bu xəbəri çox sakit qarşılayır. O gündən sonra Bedri ilə bərabər Öməri ziyarət etməyə başlayırlar. Lakin Ömərə deməyə sözləri olmadıqlarından ikisi də susaraq sakit otururlar.
Bir gün yenə Öməri ziyarət etməyə getdikləri zaman Ömər Bedri ilə yalnız söhbət etmək istəyir. Məcidə getdikdən sonra Ömər Bedriyə təxliyə olunduğunu və indi azadlığa çıxa biləcəyini, lakin etdiyi səhvlərə görə utanc duymasını dilə gətirir. Artıq Məcidəni incitmək istəmədiyini və Məcidəni ona əmanət etidiyini bildirir.
Bedri baş verənləri Məcidəyə danışaraq onun yanına köçməsini istəyir. Məcidə onun təklifini qəbul etsə də, başa düşə bilmədiyi qəribə bir hiss onu kədərləndirir.
“İçimizdəki Şeytan” əsəri ilə müəllif bizlərə, etdiyimiz pisliklərin və davranışların tək cavabdehi elə özümüzün olduğunu demək istəyir. Məzmunu ilə sizə süjet xətti qarışıq bir əsər təsiri bağışlasa da, mütləq oxunması vacib olan əsərlərdən biri olduğunu qeyd etməliyəm.
İçimizdəki şeytan əsərini Türk dilində EPUB formatında elekton versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər.
https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1529-sabahattin-ali-icimizdeki-seytan.html
https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1529-sabahattin-ali-icimizdeki-seytan.html